Bakı sakini bacısını öldürdü: 1 nəfəri isə yaraladı

Bakı sakini bacısını öldürdü: 1 nəfəri isə yaraladı

Sabunçu rayonunda qanlı hadisə baş verib.

Sfera.az APA-ya istinadən bildirir ki, qardaş bacısını qətlə yetirib, onun həyat yoldaşını isə bıçaqlayıb. Hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb. İzzət Cavadovanın yaşadığı evə gələn qardaşı əvvəlcə onu bıçaqlayıb, daha sonra isə onun həyat yoldaşı 32 yaşlı Vüsal Seyidrəhim oğlu Cavadova xəsarətlər yetirib.

İzzət Cavadova aldığı xəsarətlərdə elə hadisə yerində dünyasını dəyişib. Vüsal Cavadov isə qohumları tərəfindən xəstəxanaya gətirilib. Həkimlər onun sinə nahiyəsindən bıçaqlandığını bildiriblər. Hadisə törətməkdə şübhəli bilinən şəxsi 14-cü polis bölməsinin əməkdaşları "isti izlər"lə müəyyən edərək yaxalayıblar. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
 
Faktla əlaqədar Sabunçu Rayon Prokurorluğunda qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd maddələri ilə cinayət işi başlanıb.


OXŞAR XƏBƏRLƏR

Əməliyyat keçirildi - 202 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) mayın 13-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən Sfera.az-...

BAKIDA ŞOK HADİSƏ: Kişi arvadı ilə qayınanasını girov saxladı

Bakıda kürəkən  qaynanasına və həyat yoldaşına qarşı cinayət törədib. O, bıçaqla yaşadığı ünvanda qaynanasını və arvadını hədələyib girov saxlayırmış. Poli...

Şəmkirdə 33 yaşlı kişi bıçaqlandı

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az-a verilən məlumata görə Daşkəsən rayon sakini, 1983-cü il təvəllüdlü Bağırov Zakir 1989-cu ...

Göyçayda mağaza sahibi ona borclu olan sakini öldürüb - Prokurorluq

Ötən gün Göyçayda bıçaqlanaraq öldürülən vətəndaşın qatili istintaqa cəlb edilib. Sfera.az xəbər verir ki, fevralın 18-də saat 12 radələrində üzərində b...

"Azərişıq" əməkdaşının faciəli ölümü ilə bağlı cinayət işi açıldı

Kürdəmir Elektrik Şəbəkəsinin əməkdaşının ölümü ilə bağlı cinayət işi başlanıb. Sfera.az-un məlumatına görə, fakta görə Kürdəmir rayon Prokurorluğunda Cin...

Şabranda avtomobil qaçırdılar

Şabran rayonunda avtomobil qaçıran şəxs saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə virtualaz.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən...