Göyçayda mağaza sahibi ona borclu olan sakini öldürüb - Prokurorluq

Göyçayda mağaza sahibi ona borclu olan sakini öldürüb - Prokurorluq
Ötən gün Göyçayda bıçaqlanaraq öldürülən vətəndaşın qatili istintaqa cəlb edilib.

Sfera.az xəbər verir ki, fevralın 18-də saat 12 radələrində üzərində bıçaq xəsarəti olan 1989-cu il təvəllüdlü Salehov Polad Rəhman oğlunun rayon mərkəzi xəstəxanasında ölməsi faktı ilə bağlı  Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində rayonun hüquq-mühafizə orqanları tərəfindən intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilib. 

İstintaqla  Göyçay şəhəri  Heydər Əliyev küçəsində yerləşən "Əsgəroğlu” adlı marketi işlədən Xəlilov Ruslan Xalis oğlunun fevralın 18-də saat 11 radələrində mağazaya borcu olan və bununla bağlı aralarında şəxsi münasibətlər zəmnində yaranan mübahisə nəticəsində Polad Salehova bıçaqla vuraraq xəsarət yetirməsinə, sonuncunun almış olduğu xəsarətdən xəstəxanada vəfat etməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Ruslan Xəlilov 19 fevral 2021-ci il tarixdə Göyçay şəhəri ərazisində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Sfera.az
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Əməliyyat keçirildi - 202 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) mayın 13-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən Sfera.az-...

BAKIDA ŞOK HADİSƏ: Kişi arvadı ilə qayınanasını girov saxladı

Bakıda kürəkən  qaynanasına və həyat yoldaşına qarşı cinayət törədib. O, bıçaqla yaşadığı ünvanda qaynanasını və arvadını hədələyib girov saxlayırmış. Poli...

Şəmkirdə 33 yaşlı kişi bıçaqlandı

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az-a verilən məlumata görə Daşkəsən rayon sakini, 1983-cü il təvəllüdlü Bağırov Zakir 1989-cu ...

Göyçayda mağaza sahibi ona borclu olan sakini öldürüb - Prokurorluq

Ötən gün Göyçayda bıçaqlanaraq öldürülən vətəndaşın qatili istintaqa cəlb edilib. Sfera.az xəbər verir ki, fevralın 18-də saat 12 radələrində üzərində b...

"Azərişıq" əməkdaşının faciəli ölümü ilə bağlı cinayət işi açıldı

Kürdəmir Elektrik Şəbəkəsinin əməkdaşının ölümü ilə bağlı cinayət işi başlanıb. Sfera.az-un məlumatına görə, fakta görə Kürdəmir rayon Prokurorluğunda Cin...

Şabranda avtomobil qaçırdılar

Şabran rayonunda avtomobil qaçıran şəxs saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə virtualaz.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən...