Bakı qırğınının FOTOLARI

Bakı qırğınının FOTOLARI
Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 32 il keçir.

Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub.

Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

Yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş rejimdə işləyəcək.

Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 150 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

29 mart 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.

Artıq iki ildir ki, Azərbaycan xalqı Qanlı Yanvarın şəhidlərinin ruhunu qalib xalq kimi anır.

Sfera.az AzərTac-a istinadən Bakı qırğınından fotoları təqdim edir:




OXŞAR XƏBƏRLƏR

Azərbaycanda koronavirusa yoluxma 7 mini ötdü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 050 yeni yoluxma faktı qeydə alınıb, 3 435 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında O...

Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 361 yeni yoluxma faktı qeydə alınıb, 1 132 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında O...

Sahil Babayev barəsində min nəfərin imzasıyla Prezidentə müraciət edildi

Ölkə mediasında və sosial şəbəkələrdə  Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin və nazirliyin struktrularındakı  korrupsiya əməlləri&n...

Bakı qırğınının FOTOLARI

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 32 il keçir. Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub...

Pekres Laçın dəhlizindən necə keçib? - Qarabağa qanunsuz səfər edən Fransa prezidentliyinə namizədlə bağlı şok faktlar

Xankəndinə qanunsuz səfəri ilə Azərbaycan ictimaiyyətinə adını mənfi mənada tanıtdırmağı bacaran Fransa prezidenliyinə namizəd Valeri Pekreslə bağlı maraqlı det...

Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 645 yeni yoluxma faktı qeydə alınıb, 577 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Opera...