Bakı Olimpiya Stadionununda ilk toy: müğənni də bilindi - FOTO

Bakı Olimpiya Stadionununda ilk toy: müğənni də bilindi - FOTO

"Bakı 2015" İlk Avropa Oyunları zamanı istifadəyə verilən Bakı Olimpiya Stadionunda təşkil 

olunacaq ilk toy mərasimində səhnəyə çıxacaq müğənninin adı bəlli olub.

Sfera.az anspress-ə istinadən bildirir ki, tanınmış türk müğənnisi Ebru Gündeş uzun sürən fasilədən 

sonra yenidən Bakıya gəlir.

Yayılan xəbərlərdə deyilir ki, Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toy mərasimində səhnəyə 

çıxacaq məşhur məhz Ebru olacaq. Məlumata görə, Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk 

toyun bəyi futbolçudur. Martın 19-da baş tutacaq məclisdə həmçinin Azərbaycanın tanınmış 

müğənnilərinin çıxışı gözlənilir. Ötən gün Bakı Olimpiya Stadionunda futbol oyunlarından başqa 

toy şənlikləri də keçirməyin mümkünlüyü barədə xəbər yayımlanıb. Bu barədə Stadionun rəsmi 

saytında elan yerləşdirilib.

Bu vaxta qədər hələlik mərasim keçirilməsə də, artıq sifarişlər var. Martın 19-da BOS-da ilk toy 

olacağı bildirilir. Qeyd edək ki, stadionun 68 min oturacaq yeri var.

"Bakı Olimpiya Stadionunda keçiriləcək toylardan gələn gəlirlər stadionun xərclərinə sərf ediləcək".

 Bunu ANS PRESS-ə açıqlamasında Bakı Olimpiya Stadionunun mətbuat xidmətinin rəhbəri Cəmilə

 Mehdiyeva deyib. Onun sözlərinə görə, stadiondan qazanılan pullar elə onun özünün təmir, 

yenidənbərpa və s. işlərinə xərcləndiyi kimi, toylardan gələn gəlirlərdən də eyni məqsədlər üçün 

istifadə olunacaq. O ki qaldı Bakı Olimpiya Stadionunun toy üçün icarə haqqına, qurum rəsmisi bunun

 insanların büdcəsinə uyğun olaraq hesablanacağını deyib: "Biz stadionda toy keçirmirik. Biz sadəcə

 stadionu icarəyə veririk ki, toy, nişan, ad günü və s. mərasim keçirmək istəyənlər özləri təşkilatçılarla 

danışaraq bunu həyata keçirsinlər. İcarə pulu isə fərdidir. Hər mərasimin öz büdcəsi var. Amma imkanı 

az olanlara da güzəşt edəcəyik. Çünki bizim əsas məqsədimiz odur ki, bu stadionu ictimai istirahət yerinə

 çevirək", - deyə C.Mehdiyeva bildirib.

Qeyd edək ki, stadionun təməli 2011-ci il iyunun 6-da qoyulub. Martın 18-də isə Bakı Olimpiya Stadionunun

 açılışı olub.Stadionunun layihələndirilməsi ilə bağlı ilkin işlərə isə 2008-ci ildən başlanıb.

Bakı Olimpiya Stadionunun hündürlüyü 60 metrdir. Stadion 6 mərtəbəli və tam qapalı məkan olacaq. 

Stadionun ümumi ərazisi 32 hektar, onun örtülü hissəsi 300 min kv.m ərazidə yerləşir. Olimpiya stadionu

 Bakıda Böyük şor gölü ərazisində inşa edilib.Bakı Olimpiya stadionu Qafqazda ən böyük stadiondur.

 İndiyədək Azərbaycanın ən böyük stadionu 37 min tamaşaçı tutumu olan Tofiq Bəhramov adına stadion

 sayılırdı.


OXŞAR XƏBƏRLƏR

Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.   Sfera.az bildirir ki, yazar kosmonavtın İ...

Günün qoroskopu: Bunları etməyin!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik: Qoç - Günün kursunu səhər...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq spiker, MSDM rəhbəri İsa Qəmbərə 180 manat pensi...

Hansı BÜRCÜN kişiləri daha ŞORGÖZDÜR? - Xəyanət etməyə potensial namizədlər

"Xəyanət etməyən kişi yoxdur" fikrini qadınların dilindən tez-tez eşidirik. Lakin bir sıra özəlliklərinə görə kişilərin xəyanətə meyilliklərində də fərqlər var....

Günün qoroskopu: Dostlarla görüş, romantik təmas...

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:   Qoç - günün ilk...