Azərbaycanlı professor Özbəkistanın fəxri diplomuna layiq görüldü - VİDEO

Azərbaycanlı professor Özbəkistanın fəxri diplomuna layiq görüldü  - VİDEO
M.Topçubaşov Elmi Cərrahiyyə Mərkəzinin kolorektal cərrahlıq şöbəsinin rəhbəri, professor Qurbanxan Müslümov Özbəkistanın Namanqan Dövlət Universitetinin fəxri professoru diplomuna layiq görülüb.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə professor özü məlumat verib. O, fikirlərini bu cür ifadə edib:

"Dekabrın 27-dən 29-dək Özbəkistan Səhiyyə Nazirliyi və Namanqan Dövlət Universitetinin dəvəti ilə Özbəkistanın Namanqan vilayətində keçirilən təkmil laparoskopik cərrahiyyə üzrə ustad dərslərinə rəhbərlik etdim. 200-ə yaxın cərrah və tələbələr üçün leksiyalar oxundu, üç gün ərzində zala translyasiya edilməklə və əksəriyyəti Özbəkistanda ilk dəfə olmaqla mürəkkəb laparoskopik cərrahi əməliyyatlar icra edildi, treninqlər təşkil edildi.

Səfər zamanı Namanqan Dövlət Universitetinin tibb fakültəsinin müəllim heyəti və tələbələri üçün leksiya oxundu. Universitetin rektoru və Vilayətin hakiminin iştirakı ilə Namanqan Dövlət Universitetinin ilk fəxri professoru diplomuna layiq görülüb və bunu həkimlərimiz adına və Azərbaycan tibbi adına böyük fəxarət və şərəflə qəbul etdim”.

Professorun sözlərinə görə, səfər çərçivəsində gələcəkdə Namanqan vilayətində çalışan həkimlərin ixtisasartırma və treninq məqsədilə Azərbaycana gəlməsi, azərbaycanlı mütəxəssislərin Özbəkistana gedib ustad dərsləri keçmələri barədə müzakirələr aparıldı:

"Ölkəmizin yaxın xaric ölkələr üçün tibb sahəsində nümunə seçilməsi və öyrənmək üçün özbəkistanlı həmkarlarımızın Azərbaycana gəlməsi hər birimiz üçün fəxr hissi olmaqla yanaşı, həm də ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrini daha da möhkəmlədirəcək”.
 


OXŞAR XƏBƏRLƏR

Direktorun rüşvət tələb etdiyi müəllim danışdı: Pula görə məni kabinetdən qovdu - VİDEO

Ağstafada ibtidai sinif müəllimi direktorun ondan dərs saatlarına görə rüşvət tələb etdiyini iddia edir. Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə bunun...

Məktəbdə daha bir rəzalət: Direktor rüşvət verməyən müəllimi otaqdan qovdu

Azərbaycanda məktəb direktorunun müəllimdən rüşvət istəməsinə dair səs yazısı yayılıb. Sfera.az xəbər verir ki, söhbət Ağstafa rayonu Aşağı Kəsəmən tam or...

“Məktəbdəki görüntülər Azərbaycanda çəkilməyib” - RƏSMİ

Ötən gün sosial şəbəkələrdə məktəblərin birində şagirdlərin sinif otağında müəllimə qarşı qeyri-etik hərəkəti ilə bağlı görüntülər yayılıb.  Sözügedən vide...

Azərbaycanlı professor Özbəkistanın fəxri diplomuna layiq görüldü - VİDEO

M.Topçubaşov Elmi Cərrahiyyə Mərkəzinin kolorektal cərrahlıq şöbəsinin rəhbəri, professor Qurbanxan Müslümov Özbəkistanın Namanqan Dövlət Universitetinin fəxri ...

Repetitorluq qadağan edilə bilərmi? - Nazirdən AÇIQLAMA

Təhsil Naziri Emin Əmrullayev repetitorluq haqda danışıb. Sfera.az  "Diqqət mərkəzi" verilişinə istinadən xəbər verir ki, nazir repetitorluğun yaranm...

12 imamla bağlı klipə görə məktəb rəhbəri cəzalandırıldı

Təhsil naziri Emin Əmrullayev məktəbdə dini klipin çəkilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Sfera.az xəbər verir ki, nazir bu gün keçirdiyi brifinqd...