Azərbaycanlı biznesmen ilk kosmos ölkəsinin prezidenti oldu - Vətəndaşlar IQ testindən keçiriləcək

Azərbaycanlı biznesmen ilk kosmos ölkəsinin prezidenti oldu - Vətəndaşlar IQ testindən keçiriləcək
İlk kosmos ölkəsi kimi tanınan Asqardiyanın təşkilati işləri başa çatıb və ölkənin dövlət başçısı seçilib.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, layihənin ilhamvericisi azərbaycanlı biznesmen İqor Aşurbəylinin dövlət başçısı seçildiyi mərasim dünən Vyanada baş tutub. Mərasimdə Asqardiya ilə bağlı bir çox suala cavab tapılıb. 200 mindən çox üzvü olan və BMT-yə üzv olmağa hazırlaşan Asqardiya vətəndaşlıq verəcəyi şəxsləri İQ testindən keçirəcək. Asqardiyanı "bəşəriyyətin ən böyük addımı” kimi qiymətləndirən layihə memarları Asqardiya üçün planetimizin ən bacarıqlı, yaradıcı və savadlı şəxslərinin seçilməsinin vacibliyini qeyd edir.

2016-cı ildə qurulan Asqardiya qısa müddətdə xeyli sayda insanın diqqətini çəkib. "Kosmos ölkəsi”ndə vətəndaş olmaq üçün müraciət edənlərin sırasında ilk yerləri tutan ölkələrdən biri də Türkiyədir. Ən çox müraciət isə 31 min 853 ərizə ilə Çindən edilib. Çini 29 min 82 müraciətlə Türkiyə izləyir.

Öz qanun və qaydaları ilə yaşamağı planlaşdıran kosmos ölkəsi Asqardiya Yer planetini meteorit, kosmos zibili və digər təhlükələrdən qorumağa çalışacaq.
Skandinaviya mifologiyasındakı ilahi Odinin yaşadığı Asqarddan adını alan kosmos ölkə Yer planetindəki digər ölkələrin məhdudiyyətlərindən tam müstəqil, azad məkan təklif edəcək. Beynəlxalq konvensiyalar çərçivəsində müraciət sayı 100 min nəfəri keçdikdə dövlət statusu almaq üçün BMT-yə müraciət ilə bağlı heç bir maneə qalmayacaq.

Asqardiyanın əsasını qoyacaq ilk peykin isə bu ilin yay aylarında Yerin orbitinə göndəriləcəyi bildirilir.
 
Rəsul
Sfera.az



OXŞAR XƏBƏRLƏR

İlin ilk Ay tutulması başa çatdı - VİDEO

İlin ilk Ay tutulması hadisəsi başa çatıb. Sfera.az xəbər verir ki, bu, tam Ay tutulması olub. Təbii hadisə saat 07:29-da başlayıb, saat 8:53-də son...

NASA kosmosa çılpaq insan şəkilləri göndərəcək - FOTO

Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsində (NASA) çalışan elm adamları yadplanetliləri cəlb etmək ümidi ilə kosmosa çılpaq insan şəkli göndərməy...

Sürücüsüz taksilər fəaliyyətə başlayır – FOTO

Çində sürücüsüz taksilərə icazə verilib.     Sfera.az xəbər verir ki, texnologiya şirkəti "Baidu Inc” və "Toyota” tərəfindən dəstəklənən "Pony.ai”...

“WhatsApp”a istifadəçiləri əyləndirəcək yenilik gəldi - FOTOLAR

"WhatsApp”ın "iOS” versiyasında olan yeni emojilər artıq "Android”lərdə də istifadə oluna biləcək. Sfera.az xəbər verir ki, bu barədə "Haber Global” xəbər...

Türkiyə milli avtomobilini ABŞ-da nümayiş etdirdi - FOTOLAR

Türkiyənin milli avtomobili olan TOGG dünyanın ən böyük istehlak elektronikası ticarət sərgisi - "CES 2022”də nümayiş etdirilib.   Sfera.az xəbər verir k...

Çin Dünyanın ilk iki oturacaqlı döyüş təyyarəsini hazırlayır - FOTO

Çin daha bir ilkə imza atıb.   Sfera.az bildirir ki, sözügedən ölkə dünyanın ilk iki oturacaqlı 5-ci nəsil döyüş təyyarəsini hazırlayıb. "The Military Wa...