Azərbaycanın ən çox və ən az gəliri olan bələdiyyələri - SİYAHI

Azərbaycanın ən çox və ən az gəliri olan bələdiyyələri - SİYAHI
Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin (yerli özünüidarəetmə orqanı – red.) 2021-ci il üzrə gəlirləri açıqlanıb.
 
Rəsmi məlumatlardan aydın olur ki, ölkəmizdəki 1606 bələdiyyənin gəliri qeyri-bərabər paylanıb.

Sfera.az xəbər verir ki, ötən il yerli özünüidarəetmə orqanları ümumilikdə 41,65 milyon manat gəlir əldə edib.

Ən çox gəlirə sahib olan bələdiyyələr Sumqayıt Gəncə şəhərlərindəki bələdiyyələr olub. Sumqayıtda 3 bələdiyyə var və onların ortaillik gəliri 620 min manatdır. Gəncə də 3 bələdiyə fəaliyyət göstərir və onların gəliri isə orta hesabla 418 min manat olub. Summqayıt və Gəncə bələdiyyələri üzrə gəlirin yüksək olması yerli özünüidarəetmə orqanlarının sayının az olması ilə bağlıdır.

Ümumilikdə, götürdükdə Bakı bələdiyyələrinin gəliri daha çox olsa da, yerli özünüidarəetmə orqanlarının sayının çoxluğu bir bələdiyyəyə düşən gəlirin azalmasına səbəb olur. Belə ki, Bakıda 53 bələdiyyə var və onlar 11,55 milyon manat qazanc əldə edib. Bir bələdiyyəyə düşən orta gəlir 218 min manatdır.
 
Abşeronda da bələdiyyələrin ümumi gəliri yüksəkdir. Amma burada 15 bələdiyyənin olması bir bələdiyyəyə düşən gəlirin azalmasına səbəb olub. Abşeronda bələdiyyələr ümumilikdə 2,35 milyon manat, bir bələdiyyə isə orta hesabla 157 min manat qazanıb.

Digər heç bir rayon və şəhərdə bələdiyyələrin illik gəliri orta hesabla 50 min manatdan çox olmayıb. Nisbətən yüksək gəliri olan bələdiyyələr Siyəzən rayon (49 min manat), Zaqatala rayon (45,5 min manat), Qax rayon (43 min manat) bələdiyyələridir.  

Bəzi yaşayış məntəqələrində isə bələdiyyələrin gəliri olduqca azdır. Bu sıraya Lerik rayon (2,3 min), Daşkəsən rayon (5 min manat), Qobustan rayon (5,1 min manat), Saatlı rayon (5,8 min manat), Cəlilabad rayon (5,8 min manat) bələdiyyələri daxildir.

Ümumən, Azərbaycanda bir bələdiyyənin ortaillik gəliri 26 min manat, Naxçıvan Muxtar Respublikasında 7,2 min manat olub.

Vasif
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Pomidor-xiyar bu tarixdən sonra ucuzlaşacaq

"Mövsümi meyvə və tərəvəzlərlə bağlı qiymətlər həmişə ilkin zamanlarda yüksək olur. Ola bilər ki, 10-20 gündən sonra olmasa da, iyuna doğru qiymətlərdə ucuzlaşm...

Kitabların ƏDV-dən azad edilməsinin hansı müsbət təsirləri olacaq? - Ekspertdən açıqlama

"Azərbaycan dilində lazımi kitabların tapılmaması müstəqilliyin ilk günlərdən başlayaraq, son illərə qədər ciddi problem olaraq qalır”.   Sfera.az-ın məl...

Hansı bölgələrdə bağ evlərinin kirayə qiyməti yüksəlib? – SİYAHI

Yay fəslinə yaxınlaşdıqca istirahət üçün kirayə bağ evlərinə üz tutanların sayı çoxalır. Kirayə mənzillərə tələbat isə daha çox Bakı kəndləri və bölgələr ü...

Maaş və təqaüdlər yenidən ARTA BİLƏR

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,85 ABŞ dolları, yaxud 2,57 % artaraq 113,55 ABŞ dollarına çatıb. Dünən "Bre...

Rusiyanın ən böyük dövlət kommersiya bankı SWIFT-dən ÇIXARILIR - 6-cı SANKSİYA PAKETİ

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Avropa parlamentində çıxışı zamanı Rusiyaya qarşı tətbiq ediləcək 6-cı sanksiya paketi haqqında danışıb. ...

Avropa rus kömüründən və neftindən imtina edir - Tarix açıqlandı

Avropa İttifaqı (Aİ) ölkələri bu yay Rusiyadan kömür idxalından, ilin sonunda isə Rusiyadan neft idxalından imtina edəcək. Sfera.az xəbər verir ki, bu açı...