Azərbaycanı bu il "Eurovision"da kimin təmsil edəcəyi bəlli oldu - FOTO

Azərbaycanı bu il
"Eurovision 2022" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin kimliyi müəyyənləşib. 
 
İctimai Televiziya və Radio Yayımları Şirkətindən verilən məlumata görə, ölkəmizi İtaliyanın Turin şəhərində "Səs Azərbaycan" müsabiqəsinin qalibi, ifaçı Nadir Rüstəmli təmsil edəcək.

Sfera.az bildirir ki, Rüstəmli bundan qabaq da Azərbaycanı uğurla təmsil edənlərdən olub. Belə ki, o, 2019-cu ildə "Youthvision” Beynəlxalq mahnı müsabiqəsində 21 ölkə arasında 2-ci yerdə qərarlaşıb. 

Nadir Rüstəmli kimdir?

"Eurovision 2022” təmsilçimiz 8 iyul 1999-cu ildə Salyanda anadan olub. 2005-2016-cı illərdə Salyan rayonu 3 saylı tam orta məktəbdə təhsil alıb. 2016-cı ildə Azərbaycan Turizm və Menecment Universitetinə qəbul olan Nadir  2021-ci ildə həmin universitetin məzunu olub.  O,  uşaq yaşlarından musiqi ilə məşğul olmağa başlayıb.

Məktəb illərində Qulu Əsgərov adına musiqi məktəbində piano və solfecio üzrə 7 illik musiqi təhsili alıb. 2017-ci ildə Tələbə Baharı Ümumrespublika Mahnı Festivalına qatılıb ikinci yerin qalibi olub.  2021-ci ildə Azərbaycanın "İctimai TV" kanalında yayımlanan "Səs Azərbaycan" layihəsində iştirak edən Nadir,  ilk mərhələdə "Writing'S on the wall" mahnısını ifa edib və müğənni Eldar Qasımovun komandasında yarışmağı seçib.

Xatırladaq ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı "The sound of beauty" ("Gözəlliyin səsi") olan "Eurovison 2022" mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 10 və 12-də, final mərhələsi isə mayın 14-də "PalaOlimpico"da baş tutacaq.

Türkan 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Afət Fərmanqızı axtarışa verilməsindən danışdı: "Hamiləyəm, gələ bilmirəm"

13:00   Müğənni Afət Fərmanqızı barəsində axtarış elan olunub. Sfera.az xəbər verir ki, hakim Mahirə Kazımovanın sədrliyi ilə araşdırılan şikayət...

Nadirin "Avroviziya”dakı çıxışı - VİDEO

İtaliyanın Turin şəhərində "Avroviziya-2022” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilir.   Sfera.az xəbər verir ki, Azərbaycanı "Fade To Black”...

Əhməd Cavadın nəvəsinə gözlənilməz sual verən aparıcıdan tənqidlərə CAVAB: "Təki reklamımız getsin"

Tanınmış aparıcı Zümrüd Bədəlova ötən gün verilişində Əhməd Cavadın nəvəsi Anar Axundzadə ilə söhbətində onu savadsızlıqda qınayanlara cavab verib.   S...

Eminin lüks malikanəsinin görüntüləri – FOTO

Hovuz, spa, hamam, bilyard otağı və lifti olan malikanə... Bütün bunlar "Star Hit”in Azərbaycan Respublikasının Xalq artisti Emin Ağalarovun dəbdəbəli mali...

1000 manatdan çox cəriməsi olan azərbaycanlı məşhur KİMDİR?- VİDEO

Aşıq Əli Tapdıqoğlunun yol hərəkəti qaydalarını pozduğu üçün 1078 manat cəriməsi var. Sfera.az xəbər verir ki, bu barədə aparıcı Zaur Kamalın verilişində ...

Həbsdən çıxan Manaf Ağayevlə bağlı İLK AÇIQLAMA: Səhhəti...

Ötən gün gecə saatlarında azadlığa çıxan müğənni Manaf Ağayevin səhhəti ilə bağlı heç bir problemi yoxdur. Sfera.az  xəbər verir ki, bu barədə Lent.a...