Əhməd Cavadın nəvəsinə gözlənilməz sual verən aparıcıdan tənqidlərə CAVAB: "Təki reklamımız getsin"

Əhməd Cavadın nəvəsinə gözlənilməz sual verən aparıcıdan tənqidlərə CAVAB:
Tanınmış aparıcı Zümrüd Bədəlova ötən gün verilişində Əhməd Cavadın nəvəsi Anar Axundzadə ilə söhbətində onu savadsızlıqda qınayanlara cavab verib.
 
Sfera.az bildirir ki, aparıcı həmin şəxsləri kasad, dar düşüncəli adlandırıb:
 
"Sözü tərsindən anlayan, məğzi başa düşməyən və demaqoq insanlar... Kef edin, təki reklamımız getsin. Nə qədər gülürəm sizə. Boşluq idi, bir az başınız qarışsın. Vaxtınız olanda filmin əvvəlinə də baxın, həyatda bir baltaya sap olmamışlar. Xoşum gəlir, travmadan çıxarıram sizi, savabdır”.

Xatırladaq ki, ötən gün ARB telekanalının efirində yayımlanan "Xəbər-ətər” proqramına Əhməd Cavadın nəvəsi Anar Axundzadə qatılıb. Veriliş zamanı aparıcı verdiyi sual ilə sosial şəbəkədə qınaq obyektinə çevrilib. Belə ki, aparıcı, A. Axundzadəyə "Babanızı görmüsünüzmü?” sualını ünvanlayıb. Müsahib isə "Babam 37-ci ildə güllələnib” deyə cavab verib.

Türkan 
Sfera.az