Azərbaycanda qazla bağlı limit ləğv oluna bilər? - AÇIQLAMA

Azərbaycanda qazla bağlı limit ləğv oluna bilər? - AÇIQLAMA
"Azərbaycanda qaz istifadəsinə görə limitlərin ləğvi və ya dəyişdirilməsi ilə bağlı məsələ gündəmdə deyil”.

Sfera.az-ın məlumatına görə, bunu "Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev bildirib.

Onun sözlərinə görə, ölkədə qazın istifadəsinə mövcud olan limit sosialyönümlüdür:

"Bir çox ölkələrdə istənilən məhsulu kim çox işlədirsə, o, daha az tariflə ödəyir. Bizdə isə tam əksinədir, az işlədən, daha aşağı tariflə ödəyir. Əhalinin ümumi sosial durumu nəzərə alınıb”.

R.Əliyev qeyd edib ki, qaz istifadəsinə görə limitlərin dəyişməsi ilə bağlı heç bir müraciət yoxdur, gündəmdə belə məsələ yoxdur.

Qeyd edək ki, 2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.
 

OXŞAR XƏBƏRLƏR

Vəkil olduğu deyilən qadının döyülməsi xəbəri haqda - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Bakıda qadın vəkilin icra məmuru tərəfindən döyülməsinə dair məlumatlar yayılıb. Sfera.az xəbər verir ki, məlumatda Vəkillər Kollegiyas...

Toy günü nişanlısını qoyub Türkiyəyə qaçan Əməkdar artist - Səhnəmizin Nargiləsi

Aktrisa, Əməkdar artist Məlahət Abbasovanın ad günüdür. Sfera.az kulis.az-a istinadən onun haqqında maraqlı faktları təqdim edir. Məlahət Elman...

Filarmoniya gecə klubuna çevrilib - VİDEO

"M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində "UFFO” restoranının rəhbərliyi ilə cari ilin iyun ayından rəsmi müqavilə bağlanması üç...

Azərbaycanda bu şəxslər 9 min manatadək cərimə olunacaq

İnsan orqanlarının alqı-satqısına görə cərimələrin artırılması təklif olunur. Sfera.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik ediləc...

Bakıdakı güclü yanğınla bağlı RƏSMİ MƏLUMAT - VİDEO / YENİLƏNDİ

Paytaxtın Xətai rayonunun S.Mehmandarov küçəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın...

Kəmaləddin Heydərov onu işdən ÇIXARDI

Fövləladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisinə birinci müavini təyin edib. Qaynarinfo.az-a FHN-...