Azərbaycanda nənə və nəvəsi dəm qazından boğularaq öldü
18:59 / 02.03.2022
2539
Gəncə sakinləri dəm qazından boğularaq ölüb.
Sfera.az-ın verdiyi məlumata görə, hadisə şəhərin Yeni Gəncə yaşayış masivində qeydə alınıb. Dəm qazından boğularaq ölənlər nənə və nəvədir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Ölənlərin kimliyi dəqiqləşdirilir.