Azərbaycanda general ona “telepuzik” deyən kəşfiyyatçını məhkəməyə verdi - FOTO

Azərbaycanda general ona “telepuzik” deyən kəşfiyyatçını məhkəməyə verdi - FOTO
Müdafiə Nazirliyinin general-mayoru Hilal Nəcəfov nazirliyin Kəşfiyyat Baş İdarəsinin ehtiyatda olan mayoru Mansur Məmmədovu məhkəməyə verib.

Sfera.az-ın "Kriminalqafqaz”a istinadən verdiyi məlumata görə, general sabiq həmkarını ona böhtan atmaqda günahlandırıb və Cinayət Məcəlləsinin 147.1 (böhtan), 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsini xahiş edib.

Şikayətdə göstərilib ki, M.Məmmədov xəstəliyə görə ehtiyata buraxılıb və bundan sonra özünə məxsus "Facebook” səhifəsində H.Nəcəfov barəsində həqiqətə uyğun olmayan məlumatlar yayıb və onu dövlətə xəyanət etməkdə, qatil olmaqda ittiham edib. Bundan başqa şikayətçi göstərib ki, barəsində "eşşək”, "telepuzik general” və s. kimi ifadələrə işlətməklə ona qarşı təhqirlər səsləndirilib.

Binəqədi rayon məhkəməsi şikayəti aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərib.

Qeyd edək ki, Hilal Nəcəfov 2017-ci ildə general-mayor ali rütbəsi alıb. O, həmin il düşmənin diversiya-təxribat qrupunu zərərsizləşdirilməsi və qrupun bir üzvünün ələ keçirilməsində müstəsna rol oynayıb.

Məhkəmədə Mansur Məmmədovun təqsiri sübuta yetirilərsə, onu 6 aydan 3 ilədək həbs cəzası gözləyir.

Fotoda: general-mayor Hilal Nəcəfov


OXŞAR XƏBƏRLƏR

Lənkəranda taksiyə müştəri qismində əyləşib evinə sürdürdü: Öldürüb, həyətində basdırdı - TƏFƏRRÜAT

Lənkəranda qətl törətməkdə təqsirləndirilən Elvin Hüseynzadəyə hökm oxunub və o, 19 il müddətinə azadlıqdan məhrum edilib.   Bu barədə "Report”a zər...

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş... - Bakıdakı QƏTLİN TƏFƏRRÜATI

Bakıda 24 gün əvvəl törədilən qətllə bağlı bəzi məqamlar üzə çıxıb. Sfera.az xəbər verir ki, söhbət bu ilin aprel ayının 23-də paytaxtın Nərimanov rayonu ər...

“Eldar Mahmudovun adından böyük məbləğlərdə pullar tələb edirdi” – MTN işində şok ifadələr

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Y...

Əməliyyat keçirildi - 202 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) mayın 13-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən Sfera.az-...

Sumqayıtda kirayədə qalan qadın niyə öldürülüb? - QONŞULAR DANIŞDI - VİDEO

Ötən gün Sumqayıtda gənc qadın tanışı tərəfindən boğularaq qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə Xəzər TV sujet hazırlayıb. İlkin araş...

Vilyam Hacıyevin məhkəməsində ŞOK İFADƏ: “Rüşvət yox, rüsum ödəmişəm”

Artıq uzun zamandır ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Sfera.az-ın xəbərinə gö...