Azərbaycanda dəhşətli yol qəzası: 5 nəfər həlak oldu
Hadisə
13:37 / 12.03.2022
2218
Cəlilabadda yol qəzası baş verib, 5 nəfər ölüb.
Sfera.az xəbər verir ki, hadisə Cəlilabad-Yardımlı yolunun Sərhədabad kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı 5 nəfər ölüb. Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
(report)