Azərbaycanda daha bir qadın əri tərəfindən vəhşicəsinə döyüldü - Başına 7 tikiş qoyulub

Azərbaycanda daha bir qadın əri tərəfindən vəhşicəsinə döyüldü - Başına 7 tikiş qoyulub
Azərbaycanda daha bir qadın əri tərəfindən şiddətə məruz qalıb.
 
Bu barədə Sfera.az-a "Təmiz Dünya" qadın və uşaq sığınacağından məlumat verilib. Qeyd olunub ki, 15 yaşında evləndirilən və iki övladı olan xanımın həyat yoldaşı oğurluq, cinayətlərə görə həbs olunub və 13 il cəza alıb:

"Həmin şəxs həbsdən çıxdıqdan sonra anası ilə birlikdə qadının bütün əşyalarını, qızıllarını əlindən alaraq evdən qovublar. Sözügedən şəxs ardınca "barışmaq” adı ilə qızın ata evinə gələrək orada dəfələrlə döyüb. Qadın polisə müraciət etdikdən sonra kənd axundları, mollalar, qohumlar "barış və ərizəni götür”, deyə təyziq ediblər. Qadın məcbur olub ərizəni götürdükdən sonra, acımasız şəkildə yenidən döyülüb. Qadının hazırda başında 7 tikiş, qolunda, üzündə yara izləri qalıb”.

Qurum bildirib ki, ölkədə bu cür məsələlər artıq ciddi narahatlıq yaradır:

"Biz sığınacaq olaraq dəfələrlə qurumlara müraciət etsək də, ciddi tədbir görülmür. Bu qadın məcbur bir müddət sonra sığınacaqdan çıxmalıdır. Onun başına hər hansı hadisə gəlsə, "Ər yoldaşını öldürdü” xəbər başlıqlarına 2 saniyə baxıb keçməklə kifayətlənəcəyik. Biz indidən SOS siqnalı veririk ki, kifayət qədər sığınacaqda qalan qadınların təhlükəsi hələ də davam edir”.

Günay Rəsulqızı
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Qəbələdə öldürülən 23 yaşlı Aytacın FOTOSU

Qəbələdə 23 yaşlı Aytac Əliyevanın ərinin sevgilisinin rəfiqəsi tərəfindən öldürülməsi barədə xəbər vermişdik. Sfera.az  xəbər verir ki,  dəhşət...

Polis bu rayonda təcili əməlliyyat keçirdi - saxlanılanlar var + FOTOLAR

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 11 kiloqramdan artıq müxtəlif növ narkotik vas...

Azərbaycanda daha bir qadın əri tərəfindən vəhşicəsinə döyüldü - Başına 7 tikiş qoyulub

Azərbaycanda daha bir qadın əri tərəfindən şiddətə məruz qalıb.   Bu barədə Sfera.az-a "Təmiz Dünya" qadın və uşaq sığınacağından məlumat verilib. Qeyd o...

Orduya pul yığan saxta QHT rəhbərləri tutuldu - FOTO

Özlərini qeyri-hökumət təşkilatının (QHT) rəhbərləri kimi təqdim edərək, Zəfər günündə orduya dəstək adıyla şirkətlərdən pul tələb edən şəxslər DİN əməkdaşları ...

"Bandotdel" əməliyyat keçirdi, saxlanılan var - FOTOLAR/VİDEO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müxtəlif şəxslərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatların aşkar edilməsi is...

Bakıda dini toy karvanı təşkil edənlərin FOTOLARI

Bakı şəhərində üzərində ərəb hərfləri ilə yazılmış bayraqlar olan toy karvanında iştirak edən, habelə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərini ...