Azərbaycanda daha bir idman federasiyasının adı DƏYİŞDİRİLDİ

13:40 / 26.04.2022
785
Azərbaycan Yelkənli İdman Federasiyasının hesabat-seçki konfransı olub.
Sfera.az-ın məlumatına görə, tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilib.
Mətbuat konfransında Dövlət Dəniz Agentliyinin sabiq rəhbəri Qüdrət Qurbanov yenidən qurumun prezidenti seçilib. Qeyd edək ki, Qurbanov 2014-cü ildən federasiyaya rəhbərlik edir.
Konfransda həmçinin Burcu Alqon Cirocianni federasiyanın vitse-prezidenti, Asif Mehdiyev, Ülvi Həsənov və Tatyana Srebnaya isə İcraiyyə Komitəsinə üzv seçiliblər.
Federasiyanın baş katibi və MEDİA-nın direktoru Əhməd İsmayılov isə çıxış edərək Azərbaycan Yelkənli İdman Federasiyasının adının dəyişdirildiyini bildirib. Onun sözlərinə görə, qurum bundan sonra Yelkən Federasiyası adlandırılacaq.