Azərbaycanda çoxlu sayda ev ucuz qiymətə satışa çıxacaq

Azərbaycanda çoxlu sayda ev ucuz qiymətə satışa çıxacaq
Rusiya-Ukrayna müharibəsi daşınmaz əmlak bazarına təsirsiz ötüşməyəcək.
 
Bu barədə Sfera.az-a məlumat verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev xatırladıb ki, Rusiyada təxminən 2,5 milyon azərbaycanlı yaşayır və bu, ümumi Azərbaycan əhalisinin 25 faizi deməkdir:

"Rusiyaya tətbiq olunan sanksiyalar böyük ehtimal orada yaşayan  həmvətənlərimizin maddi vəziyyətlərinin pisləşməsinə, həmçinin bizneslərinin çökməsinə səbəb ola bilər. Azərbaycanda, xüsusən də paytaxt Bakı və digər böyük şəhərlərimizdə daşınmaz əmlak alıcılarının böyük bir hissəsi xaricdə, özəlliklə Rusiyada yaşayan soydaşlarımızdır.  Sözügedən ölkədəki mövcud vəziyyətlə əlaqədar olaraq, orada yaşayan soydaşlarımız öz bizneslərini ayaqda tutmaq ücün qısa bir zamandan sonra Azərbaycandakı əmlaklarını kütləvi surətdə satışa çıxaracaqlar”.

Ekspertin sözlərinə görə,  əgər satış kütləvi olarsa, daşınmaz əmlakların qiymətlərində ciddi enmələr müşahidə ediləcək:

"Bu hal 2015-2016-cı illərdə devalvasiya zamanı rublun qiymətinin kəskin düşməsi dövründə də baş vermişdi”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Tərəvəzlərin qiymətində ŞOK DƏYİŞİKLİK – Bahalaşma 72 faizə çatdı

2022-ci ilin aprelin sonuna olan məlumata əsasən Azərbaycanda tərəvəzlərin qiyməti ötən ilin aprel ayı ilə müqayisədə 71,5 faiz artıb. Tərəvəzlərdə illik bahala...

“Azərbaycan da hazırlığa başlamalıdır, yoxsa…” – XƏBƏRDARLIQ

"Almaniyanın xarici işlər naziri Annalena Berbokun sözlərinə görə, Ukraynadakı vəziyyət dəyişməzsə, dünyada aclıq ehtimalı artacaq”.   Sfera.az xəbər ver...

8 il öncəki ssenari niyə təkrarlanmır? - Müharibəyə rəğmən neftin bahalaşmasının əsas səbəbləri

2014-cü ildən fərqli olaraq 2022-ci ildə Rusiya Ukraynada hərbi əməliyyatlara başlayanda neftin ucuzlaşmasını müşahidə etmədik, əksinə "qara qızıl”ın bir qədər ...

Əcnəbilər Azərbaycan banklarında pullarını niyə artırırlar? - SƏBƏB MƏLUM OLDU

Azərbaycan banklarında yerləşdirilən əmanətlərin təxminən 7 faizi əcnəbilərə məxsusdur. Ötən ilin sonunda bu göstərici 3,2 faiz idi. Sfera.az bildirir ki,...

Dollar bir qədər də bahalaşdı - Manatın məzənnəsinə təsir edəcək?

Bu gün beynəlxalq birjalarda ABŞ dollarının bir qədər də bahalaşması qeydə alınıb. Sfera.az xəbər verir ki, Dollar İndeksi son 5 ildə ilk dəfə olaraq 101 ...

Rusiyalı varlılar çoxlu ev almağa çalışırlar - Azərbaycanın əmlak bazarına necə təsir edəcək?

Qərbin Rusiyaya qarşı sanksiyalarından sonra zəngin ruslar yeni əmlak bazarları axtarışlarına çıxıblar. Əsas diqqət isə Dubay və İstanbul istiqamətindədir – bur...