Azərbaycanda bütün sürücülük vəsiqələri dəyişdirilə bilər

Azərbaycanda bütün sürücülük vəsiqələri dəyişdirilə bilər
Son illər öz avtomobili ilə xarici ölkələrə səfər edənlərin, eləcə də xarici ölkələrdə avtomobil icarəyə götürüb istifadə edənlərin sayı artmaqdadır. Belə hallarda Azərbaycan vətəndaşları bizim sürücülük vəsiqələrini müxtəlif xarici ölkələrdə də istifadə edirlər.

Ölkəmizdə verilən milli sürücülük vəsiqələri 1968-ci il Vyana Konvensiyasına uyğun olduğundan bu vəsiqələrlə həmin Konvensiyaya qoşulan ölkələrdə avtomobil idarə etməyin heç bir problemi yoxdur. Lakin ölkəmizdə hazırda verilən vəsiqələrdəki kiçik texniki çatışmazlıq qanunvericiliyin bütün xırdalıqlarını tələb edən bəzi ölkələrdə problem yaradır. Söhbət vəsiqə sahibləri barəsindəki məlumatların vəsiqəyə yazıldığı əlifba ilə bağlı problemdən gedir. "Yol hərəkəti haqqında" Vyana Konvensiyasına 6-cı əlavənin 3-cü bəndində deyilir ki, milli sürücülük vəsiqəsinə daxil edilən qeydlər ya yalnız latın əlifbası hərfləri ilə yazılır, ya da bu şəkildə təkrar olunur (transliterasiya edilir). Yəni, əgər vəsiqə sahibinə dair məlumatlar latın əlifbasından fərqli hərflərlə yazılırsa, həmin yazılar latın əlifbası ilə təkrak olunmalıdır. Bizim vəsiqələrimizdə problem yaradan isə Azərbaycan əlifbasındakı 7 hərfin (ə, ö, ü, ğ, ş, ç, ı) latın əlifbasında olmamasıdır. Odur ki, adında, soyadında, ata adında, yaxud, qeydiyyat ünvanında bu hərflər şəxslərin sürücülük vəsiqələri bəzi xarici ölkələrdə problem yarada bilər. Bu problemi həll etmək üçün ölkəmizdə verilən milli sürücülük vəsiqələrində həmin hərflər olduqda vəsiqəyə daxil edilən qeydlər sırf latın hərfləri ilə təkrarlanmalıdır. Məsələn, Əlişov Çingiz Ümid oğlu təkrarən həm də belə yazılmalıdır - Alıshov Chingiz Umid oglu. 

Məlumat üçün bildirək ki, latın əlifbasının işlənmədiyi ölkələrdə (Rusiya, Ukrayna, Yunanıstan və sair) sürücülük vəsiqələrindəki məlumatlar məhz belə təkrarlanmaqla qeyd edilir.

avtosfer.az

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Türkiyədə - CANLI

Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfər edib. Sfera.az xəbər verir ki, dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Rize-Artvin hav...

Prezident hərbçiləri təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçilərinin təltif edi...

Azərbaycanda un BAHALAŞDI - Yeni qiymətlər

Azərbaycanda unun qiyməti bahalaşıb. Sfera.a-ın əldə etdiyi məlumata görə, "Karmen" ununun bir kisəsinin qiyməti 26 manatdan 36 manata, "Faduoğlu" unun...

Ermənistan ordusu Azərbaycan mövqelərini atəşə tutdu- RƏSMİ

İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxı...

Milli "gözümüz" bizi istəməyənlərin gözünü çıxardacaq - VİDEO

Bir müddət əvvəl Kanada şirkəti Bayraqdar SİHA-lara göz, yəni elektro-optik termal müşahidə kameraları  sistemi satmağı dayandırmışdı. Sfera.az xəbər...

Qoşunlarımız Qubadlı və Laçında düşmənə ciddi zərbə vurdu

Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensi...