Azərbaycan Premyer Liqası: "Qəbələ" "Səbail"i məğlub etdi

Azərbaycan Premyer Liqası:
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start verilib.

Sfera.az xəbər verir ki, günün ilk oyunu Qəbələdə baş tutub.

Şəhərin eyniadlı komandası "Səbail"i qəbul edib. Qarşılaşma əyalət təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qırmızı-qaralar"ın ilk qolunu 78-ci dəqiqədə Ülvi İsgəndərov vurub.

Bundan iki dəqiqə sonra "Qəbələ"nin kapitanı Asif Məmmədov zədələndiyi üçün əvəzlənib. Onun yerinə meydana Emil Səfərov daxil olub.

90+7-ci dəqiqədə İsnik Alimi qarşılaşmada son nöqtəni qoyub. Bu nəticədən sonra xallarının sayını 29-a çatdıran "Qəbələ" ikinci pillədə qərarlaşıb. "Səbail" isə 11 xalla sonuncu - 8-ci sırada qalıb.

Qeyd edək ki, günün digər görüşündə "Neftçi" "Keşlə"ni qəbul edəcək. XVI turun "Zirə" - "Sabah" matçı fevralın 20-də olacaq. Turun "Qarabağ” – "Sumqayıt” oyunu mayın 12-nə təxirə salınıb. 

OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...