Azərbaycan neftinin qiyməti 117 dolları keçdi

İqtisadiyyat
10:16 / 14.05.2022
2034
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.
Sfera.az. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 3,27 ABŞ dolları, yaxud 2,87% artaraq 117,25 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.