Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək
15:14 / 07.02.2022
833
Futbol üzrə Azərbaycan milli mart ayında iki beynəlxalq yoldaşlıq oyunu keçirəcək.
Sfera.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma martın 25-də Malta, martın 29-da isə Latviya ilə qarşılaşacaq.
Hər iki oyun Maltada (National Stadium) keçiriləcək və müvafiq olaraq, Bakı vaxtı ilə saat 22:00 və 15:00-da başlayacaq.