Azərbaycan Kubokunda yarımfinalçılar müəyyənləşir: sensasiya olacaq?

Azərbaycan Kubokunda yarımfinalçılar müəyyənləşir: sensasiya olacaq?

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşləri keçiriləcək.

Sfera.az apasport.az-a istinadən bildirir ki, yarımfinalçılar hamısı eyni gündə müəyyənləşəcək.

 
Qarşılaşmalardan ikisi Bakıda, digər ikisi isə paytaxtdan kənarda baş tutacaq. Günə "İnter Arena"da start veriləcək. İlk oyunda gözlənilmədən "Rəvan"a uduzan "İnter" öz meydanında bu nəticənin təsadüf olduğunu sübut etməlidir. Premyer Liqada da mükafatlara iddialı olan "bankirlər"ə evdə minimal hesablı qələbə də bəs edəcək. Zaur Svanadzenin yetirmələri yarımfinala çıxa bilməsələr, bu, mərhələnin əsas sensasiyası olacaq.
 
Eyni vaxtda başlayacaq digər iki oyunda "Sumqayıt" "Qarabağ"ı, "Qəbələ" isə "Zirə"ni qəbul edəcək.
 
Ağdamlılar "gənclik şəhəri"nə doğma meydanda qazandıqları 2:0 hesablı qələbənin rahatlığı ilə yollanacaqlar. Qurban Qurbanovun yetirmələrinin bu şansı əldən buraxması inandırıcı deyil. Premyer Liqanın liderinin autsayderə böyük hesabla uduzması möcüzəyə bərabər ehtimaldır.
 
"Qarabağ"dan fərqli olaraq "Qəbələ" isə "Zirə" ilə oyunda səfərdə qazandığı qələbəyə arxayındır. Premyer Liqanın debütantı əyalətdə ən az 2 top fərqi ilə qalib gəlməlidir. Adil Şükürovun yetirmələrinin bunu bacaracağı az inandırıcıdır. Ayrıca, çempionatda ikinci pillə uğrunda mübarizə aparan rəqiblərin növbəti turda bir-biriləri ilə qarşılaşacaq olması da oyuna əlavə rəng qatır.
 
Sonuncu yarımfinalçı isə "Böyük oyun"da bəlli olacaq. Çempionatda tarixinin ən uğursuz dövrünü yaşayan iki komandanın ötən həftə Lənkəranda baş tutan duelində meydan sahibləri qalib gəlmişdilər. "Cənublular" bu üstünlükdən istifadə etməyə çalışacaqlar. Baş məşqçi Əsgər Abdullayevi istefaya yollayan "Neftçi"ni isə həlledici oyuna Vəli Qasımov çıxaracaq. Baş məşqçi postunda debüt edəcək 48 yaşlı çalışdırıcı futbolçu kimi formasını geydiyi komandanı seriyasını davam etdirməyə daşımalıdır. Ardıcıl 4 il finalda oynayan "ağ-qaralar" mübarizəni dayandırsalar, bu rekord seriyası ilə vidalaşmalı olacaqlar.
 
Azərbaycan Kuboku
1/4 final, cavab qarşılaşmaları
9 mart (çərşənbə)
 

14:00. "İnter" - "Rəvan"
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Fariz Yusifov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Şahin Cəfərov
"İnter Arena"
İlk oyun - 1:2
 

15:00. "Sumqayıt" - "Qarabağ"
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Murad Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
İlk oyun - 0:2

15:00. "Qəbələ" - "Zirə"
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Qəbələ şəhər stadionu
İlk oyun - 2:1
 
17:30. "Neftçi" - "Xəzər Lənkəran"
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Yaşar Abbasov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Xaqani Məmmədov
8-ci km qəsəbə stadionu
İlk oyun - 2:3


OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...