Azərbaycan kəndlərində yenilik - FOTOLAR

Azərbaycan kəndlərində yenilik - FOTOLAR
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aztelekom” MMC tərəfindən əhatə dairəsinin genişləndirilməsi və göstərilən xidmətlərin keyfiyyətinin artırılması üzrə layihələr çərçivəsində kəndlərdə ilk dəfə olaraq GPON (Gigabyte Passive Optical Network ) şəbəkəsi qurulur.
 
NRYTN-dən Sfera.az-a verilən məlumata görə,  Xaçmaz rayonunun Qadaşoba kəndində və Zərdab rayonunun Şəftəhal, Aşağı Seyidlər və Mehdililər kəndində telekommunikasiya infrastrukturu müasirləşdirilir, optik xətlər çəkilir, GPON texnologiyası tətbiq edilir.

Artıq şəbəkənin tikintisi üçün Qadaşoba kəndində 10 km.dən çox, Zərdab rayonunun sözügedən kəndlərində isə 3 km.dən çox uzunluqda fiber-optik xəttin tikintisi başa çatdırılıb.
 
Layihə nəticəsində Qadaşobada 1000-dən artıq, Zərdabın adı çəkilən kəndlərində isə 500 ailəyə müasir telekommunikasiya xidmətlərindən istifadə etmək imkanı yaradılacaq. Eyni zamanda texniki imkanlar gələcəkdə bu kəndlərdə yeni yaşayış ərazilərinin salınması, genişləndirilməsi və yeni abunəçilərin say artımı nəzərə alınmaqla qurulur ki, bu da öz növbəsində abunəçilərə daha geniş çeşiddə xidmətlərdən istifadə imkanı yaradacaq, rəqəmsal bərabərlik təmin olunacaq.
 
Digər bölgələrdə də vətəndaşların keyfiyyətli genişzolaqlı xidmətlərlə təmin edilməsi üçün şəbəkənin ən müasir texnologiya olan GPON texnologiyası əsasında yenidən qurulması istiqamətində işlərin aparılması nəzərdə tutulur.
 


OXŞAR XƏBƏRLƏR

İlin ilk Ay tutulması başa çatdı - VİDEO

İlin ilk Ay tutulması hadisəsi başa çatıb. Sfera.az xəbər verir ki, bu, tam Ay tutulması olub. Təbii hadisə saat 07:29-da başlayıb, saat 8:53-də son...

NASA kosmosa çılpaq insan şəkilləri göndərəcək - FOTO

Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsində (NASA) çalışan elm adamları yadplanetliləri cəlb etmək ümidi ilə kosmosa çılpaq insan şəkli göndərməy...

Sürücüsüz taksilər fəaliyyətə başlayır – FOTO

Çində sürücüsüz taksilərə icazə verilib.     Sfera.az xəbər verir ki, texnologiya şirkəti "Baidu Inc” və "Toyota” tərəfindən dəstəklənən "Pony.ai”...

“WhatsApp”a istifadəçiləri əyləndirəcək yenilik gəldi - FOTOLAR

"WhatsApp”ın "iOS” versiyasında olan yeni emojilər artıq "Android”lərdə də istifadə oluna biləcək. Sfera.az xəbər verir ki, bu barədə "Haber Global” xəbər...

Türkiyə milli avtomobilini ABŞ-da nümayiş etdirdi - FOTOLAR

Türkiyənin milli avtomobili olan TOGG dünyanın ən böyük istehlak elektronikası ticarət sərgisi - "CES 2022”də nümayiş etdirilib.   Sfera.az xəbər verir k...

Çin Dünyanın ilk iki oturacaqlı döyüş təyyarəsini hazırlayır - FOTO

Çin daha bir ilkə imza atıb.   Sfera.az bildirir ki, sözügedən ölkə dünyanın ilk iki oturacaqlı 5-ci nəsil döyüş təyyarəsini hazırlayıb. "The Military Wa...