Aygün Bəylərin qardaşı apelyasiya şikayəti verdi

Aygün Bəylərin qardaşı apelyasiya şikayəti verdi
Əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından apelyasiya şikayəti verib. 

A.Hümmətovun vəkili Elvin Səlimov Report-a bildirib ki, bu gün apelyasiya şikayətini Bakı Apelyasiya Məhkəməsinə təqdim edib. Şikayətə yaxın günlərdə baxılacaq. 

Qeyd edək ki, avqustun 30-da Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, Suraxanı Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2013-cü ilin iyun ayının 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovun qətlə yetirildiyi müəyyən edilib. 

Faktla əlaqədar həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, E.Hümbətov 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala qəsəbəsi ərazisində boğulma yolu ilə qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxslər polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılaraq istintaqa təqdim olunublar. 

Araşdırmalar zamanı məlum olub ki, qeyd edilən şəxslər cinayətin izini itirmək məqsədi ilə meyiti Qala qəsəbəsində əvvəldən müəyyən etdikləri yerdə basdırıblar. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə birgə baxış keçirilib və E.Hümbətovun meyitinin qalıqları basdırıldığı yerdən ekskumasiya olunaraq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərilib. 

Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət işi başlanılıb və iş digər istintaq hərəkətlərinin davam etdirilməsi üçün Bakı Şəhər Prokurorluğuna göndərilib. Həmin şəxslər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Xatırladaq ki, tutulan şəxslərdən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.

OXŞAR XƏBƏRLƏR

Narkotikə görə cinayət məsuliyyəti ləğv edilir - VİDEO

Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv edilir.   Bu, Milli Məclisin bu gün keçirilmiş plenar iclasında III oxunuşda müzakirəyə...

Küçədə anasını qətlə yetirən yeniyetmə saxlanıldı - RƏSMİ

Xəbər verirdiyimiz kimi, Bakıda metronun qarşısında qətl baş verib. Sfera.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində, "Neftçilər" metrosta...

“Anasına danışanda oğluna şər atdığımı dedi” - 10 il həbs verilən 26 yaşlı Nərmin

Ötən il Bərdədə həmcinsini güllələməkdə ittiham olunan 26 yaşlı Nərmin Mehrəliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Qətldə özünü təqsirli bilməyən ...

Yoluxanların sayı 200-dən aşağı düşdü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 424 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər ver...

Qanunsuz ov edənlər saxlanıldı

 Dövlət əhəmiyyətli qoruq və parklara qanunsuz yollarla daxil olaraq ov etməyə çalışan şəxslərə qarşı Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi...

Azərbaycanda nişanlısından ayrılan oğlan canlı yayımda özünü asdı

Ötən gecə sosial şəbəkədə açılan canlı yayım zamanı gənc oğlan özünü asıb. Sfera.az publika.az-a istinadən xəbər verir ki, Xəyal adlı gənc nişanlısından ayrıld...