Qanunsuz ov edənlər saxlanıldı

Qanunsuz ov edənlər saxlanıldı
 Dövlət əhəmiyyətli qoruq və parklara qanunsuz yollarla daxil olaraq ov etməyə çalışan şəxslərə qarşı Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə tədbirlər davam etdirilir.
 
Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həyata keçirilən sonuncu belə tədbir zamanı Lənkəran şəhərində Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisinə daxil olan "Qızılağac” Milli Parkında qanunsuz olaraq quş ovlayan Lənkəran şəhər sakinləri Nail Cabbarov və onun qohumu İmamverdi Orucov saxlanılıblar. Həmin şəxslərin üzərinə və əllərindəki bağlamalara baxış zamanı ümumilikdə 66 ədəd qanunsuz olaraq ovladıqları müxtəlif növ çöl quşu, ov silahları, ov alətləri və digər ləvazimatlar aşkar olunaraq maddi sübut kimi götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslərin ümmumiyyətlə ovçuluq etmək üçün sənədləri yoxdur və onların ovladıqları quşların bəzilərinin adı "Qırmızı” kitaba düşən növlərdəndir.
 
Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsi ovçuluq və balıqçılıqla məşğul olmaq istəyən şəxslərin diqqətinə bir daha çatdırır ki, Asan Xidmət Mərkəzlərində dövlət rüsumu ödəməklə kvotalar əldə edərək müəyyən edilən qaydalar çərçivəsində bu fəaliyyətlə məşğul ola bilərlər. Balıqçılar hansı növə aid balıqların tutulmasının qadağan olduğunu, ov etmək istəyən şəxslər isə vurulması qadağan edilən adı "Qırmızı” kitaba düşən quşlar barədə məlumatları Su Nəqliyyatında Polis İdarəsinə müraciət edərək əldə edə bilərlər. Həmin şəxslərə xəbərdarlıq edilir ki, qeyri-qanuni balıqçılıq və ovçuluq fəaliyyəti ilə məşğul olan, qanunsuz olaraq ov alətlərindən istifadə edən, adı "Qırmızı” kitaba düşən quşları ovlayan şəxslərə qarşı Cinayət və İnzibati Xətalar Məcəllərində nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək.(xezerxeber.az)
 


OXŞAR XƏBƏRLƏR

Narkotikə görə cinayət məsuliyyəti ləğv edilir - VİDEO

Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv edilir.   Bu, Milli Məclisin bu gün keçirilmiş plenar iclasında III oxunuşda müzakirəyə...

Küçədə anasını qətlə yetirən yeniyetmə saxlanıldı - RƏSMİ

Xəbər verirdiyimiz kimi, Bakıda metronun qarşısında qətl baş verib. Sfera.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində, "Neftçilər" metrosta...

“Anasına danışanda oğluna şər atdığımı dedi” - 10 il həbs verilən 26 yaşlı Nərmin

Ötən il Bərdədə həmcinsini güllələməkdə ittiham olunan 26 yaşlı Nərmin Mehrəliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Qətldə özünü təqsirli bilməyən ...

Yoluxanların sayı 200-dən aşağı düşdü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 424 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər ver...

Qanunsuz ov edənlər saxlanıldı

 Dövlət əhəmiyyətli qoruq və parklara qanunsuz yollarla daxil olaraq ov etməyə çalışan şəxslərə qarşı Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi...

Azərbaycanda nişanlısından ayrılan oğlan canlı yayımda özünü asdı

Ötən gecə sosial şəbəkədə açılan canlı yayım zamanı gənc oğlan özünü asıb. Sfera.az publika.az-a istinadən xəbər verir ki, Xəyal adlı gənc nişanlısından ayrıld...