Avtomobilini satmaq istəyənlər bu xəbəri izləyin! - VİDEO

Avtomobilini satmaq istəyənlər bu xəbəri izləyin! - VİDEO

Ekspertlər məsələyə münasibət bildirdilər.

Sakinlərdən birinin etibarnamə ilə satdığı maşın başına iş açıb. Avtomobili 2 il əvvəl satsa da, 1 ay əvvəl törədilən inzibati xətanın protokolu ünvanına gəlib. Ekspertlər bunun bir neçə səbəbdən qaynaqlandığını deyirlər. Bu cür hallarla qarşılaşmamaq üçün onların avtomobil satanlara tövsiyyələri də var.

 2 il əvvəl avtomobil satan Elçin Orucov başına gələnləri danışır:

 "2 il əvvəl maşını satmışam. Satdıqdan sonra da başqa ünvana köçmüşəm. Elə ora da qeydiyyata düşmüşəm. Amma 2 gün əvvəl qaldığım yerdən zəng gəlib ki, yanvar ayı ərzində radara düşmüsünüz. Amma nəyin ki, yanvar ayı 2 ildir maşın məndə deyil”.

Avtomobili 2 il əvvəl etibarnamə ilə satsa da, indi ona sürət həddini aşması ilə bağlı protokol gəlib. Ekspert Azər Allahverənov deyir ki, bu problem bir neçə səbəbdən yarana bilər.

Ekspert bildirir ki, avtomobilin əvvəlki sahibi 10 gün ərzində Dövlət Yol Polisinə müraciət edərək xətanın başqa şəxs tərəfindən törədildiyi barədə məlumat verməlidir.

Bu cür sübuta yetirmək mümkün olmadığı halda isə məhkəməyə müraciət etmək lazımdır.

 

[video=http:// ]


OXŞAR XƏBƏRLƏR

Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.   Sfera.az bildirir ki, yazar kosmonavtın İ...

Günün qoroskopu: Bunları etməyin!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik: Qoç - Günün kursunu səhər...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq spiker, MSDM rəhbəri İsa Qəmbərə 180 manat pensi...

Hansı BÜRCÜN kişiləri daha ŞORGÖZDÜR? - Xəyanət etməyə potensial namizədlər

"Xəyanət etməyən kişi yoxdur" fikrini qadınların dilindən tez-tez eşidirik. Lakin bir sıra özəlliklərinə görə kişilərin xəyanətə meyilliklərində də fərqlər var....

Günün qoroskopu: Dostlarla görüş, romantik təmas...

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:   Qoç - günün ilk...