Avtomobil zavodunda işçinin qəfil ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Avtomobil zavodunda işçinin qəfil ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
Prokurorluq Azərbaycanda avtomobil zavodunda işçinin qəfil ölümü ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Sfera.az-a daxil olan məlumatda deyilir:

"Bəzi media qurumları tərəfindən Gəncə şəhəri ərazisində yerləşən avtomobil zavodunda mühafizə xidmətində çalışan Elçin Yusibovun zədə alması nəticəsində vəfat etməsi ilə bağlı informasiyalar ictimailəşdirilib.

Yayılan həmin informasiyalarla bağlı bildiririk ki, fevralın 23-də gecə saat 03 radələrində 1982-ci il təvəllüdlü Elçin Yusibov iş yerində səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya aparılıb, göstərilmiş tibbi yardımlara baxmayaraq, "qəfləti koronal ölüm” diaqnozu ilə vəfat edib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, ərazidə olan təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərə baxış keçirilib.

Hazırda şəhər prokurorluğunda araşdırma davam etdirilir".

OXŞAR XƏBƏRLƏR

Lənkəranda taksiyə müştəri qismində əyləşib evinə sürdürdü: Öldürüb, həyətində basdırdı - TƏFƏRRÜAT

Lənkəranda qətl törətməkdə təqsirləndirilən Elvin Hüseynzadəyə hökm oxunub və o, 19 il müddətinə azadlıqdan məhrum edilib.   Bu barədə "Report”a zər...

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş... - Bakıdakı QƏTLİN TƏFƏRRÜATI

Bakıda 24 gün əvvəl törədilən qətllə bağlı bəzi məqamlar üzə çıxıb. Sfera.az xəbər verir ki, söhbət bu ilin aprel ayının 23-də paytaxtın Nərimanov rayonu ər...

“Eldar Mahmudovun adından böyük məbləğlərdə pullar tələb edirdi” – MTN işində şok ifadələr

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Y...

Əməliyyat keçirildi - 202 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) mayın 13-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən Sfera.az-...

Sumqayıtda kirayədə qalan qadın niyə öldürülüb? - QONŞULAR DANIŞDI - VİDEO

Ötən gün Sumqayıtda gənc qadın tanışı tərəfindən boğularaq qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə Xəzər TV sujet hazırlayıb. İlkin araş...

Vilyam Hacıyevin məhkəməsində ŞOK İFADƏ: “Rüşvət yox, rüsum ödəmişəm”

Artıq uzun zamandır ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Sfera.az-ın xəbərinə gö...