Alman nəşrindən Zelenskiyə ağır ittiham – “Bu təxribatdır”
Dünya
17:47 / 08.05.2022
1487
Ukrayna Prezidenti Volodimir Zelenskinin Almaniya Kansleri Olaf Şolzu Qələbə günü (9 May) üçün Kiyevə dəvət etmək qərarı görülməmiş təxribatdır.
O, Zelenskinin Almaniyaya qarşı siyasətini "şübhəli” adlandırıb.
"Təəssüf edirəm ki, Zelenski təxribat törətməkdən əl çəkmir. Ukraynanın daha təmkinli tonunu eşitmək istərdim”, – Şvartser deyib.
Jurnalist alman elitasının Kiyevə silah verməkdən imtina etməsi ilə bağlı alman hakimiyyətinə tələbi də xatırladıb. O, müvafiq müraciəti 250 minə yaxın insanın imzaladığını bildirib.
Şvartserin sözlərinə görə, açıq məktub Ukraynanın silahlandırılması məsələsi ətrafında müzakirələri bütün gücü ilə alovlandırıb: "Çünki bu cür həyati vacib məsələlər haqqında danışmaq lazımdır”.
Zelenski bundan əvvəl Almaniya kanslerini cəsarətli addım atmağa və mayın 9-da Kiyevə səfər etməyə çağırıb.
"Bunun mənasını izah etmirəm, düşünürəm ki, bunun səbəbini başa düşmək üçün kifayət qədər savadlısınız”, – Ukrayna prezidenti bildirib.