Alman nəşrindən Zelenskiyə ağır ittiham – “Bu təxribatdır”

Alman nəşrindən Zelenskiyə ağır ittiham – “Bu təxribatdır”
Ukrayna Prezidenti Volodimir Zelenskinin Almaniya Kansleri Olaf Şolzu Qələbə günü (9 May) üçün Kiyevə dəvət etmək qərarı görülməmiş təxribatdır.

Sfera.az xəbər verir ki, bunu Almaniyanın "Die Welt” qəzetindəki məqaləsində jurnalist Elis Şvartser yazıb.

O, Zelenskinin Almaniyaya qarşı siyasətini "şübhəli” adlandırıb.

"Təəssüf edirəm ki, Zelenski təxribat törətməkdən əl çəkmir. Ukraynanın daha təmkinli tonunu eşitmək istərdim”, – Şvartser deyib.

Jurnalist alman elitasının Kiyevə silah verməkdən imtina etməsi ilə bağlı alman hakimiyyətinə tələbi də xatırladıb. O, müvafiq müraciəti 250 minə yaxın insanın imzaladığını bildirib.

Şvartserin sözlərinə görə, açıq məktub Ukraynanın silahlandırılması məsələsi ətrafında müzakirələri bütün gücü ilə alovlandırıb: "Çünki bu cür həyati vacib məsələlər haqqında danışmaq lazımdır”.

Zelenski bundan əvvəl Almaniya kanslerini cəsarətli addım atmağa və mayın 9-da Kiyevə səfər etməyə çağırıb.

"Bunun mənasını izah etmirəm, düşünürəm ki, bunun səbəbini başa düşmək üçün kifayət qədər savadlısınız”, – Ukrayna prezidenti bildirib.

Şolz əvvəllər Kiyevə gəlməkdən imtina edib. O, buna səbəb kimi Zelenskinin Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri qəbul etmək istəməməsini göstərib. Teleqraf.com
 

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...