Alim Qasımovun nəvəsi evləndi - Hacı Nuran toydan FOTOLAR paylaşdı

Alim Qasımovun nəvəsi evləndi - Hacı Nuran toydan FOTOLAR paylaşdı
Bu gün xalq "Natiq” ritm qrupunun rəhbəri Natiq Şirinovun oğlu ilə xalq artisti Alim Qasımovun nəvəsi ailə həyatı qurur.
 
Sfera.az bildirir ki, bu barədə tanınmış jurnalist Hacı Nuran Hüseynov öz "Facebook" səhifəsində paylaşım edib. Hacı Nuran toy mərasiminin iki gün davam edəcəyini deyib:

"Gözəl bir toya dəvət almışam. Bu gün Ümidin toyudur ."Natiq” ritm qrupunun rəhbəri, xalq artisti Natiq Şirinovun oğlunu deyirəm. Hazırda bəylə birgə gəlin evinə gedirik. Yeri gəlmişkən deyim ki, Ümid özü də musiqiçidir və o, Alim Qasımovun nəvəsi Fatimə ilə dünya evinə girəcək . Bu əziz günə şahidlik etmək üçün incəsənət və digər sahələrin tanınmış simaları da dəvət olunub. Onu da deyim ki, Natiq Şirinov oğlu üçün iki gün toy edəcək. Buna səbəb pandemiya ilə əlaqədar toylara 150 nəfərdən çox adamın gəlməsinə icazə verilməməsidir.” 

Hacı Nuran cütlüyə xoşbəxtlik arzu edib:

"Bildirim ki, Fatimə əməkdar artist Fərqanə Qasımovanın qızıdır. Ümid də atası kimi nağara ifaçısıdır. Cütlüyün nişan mərasimi ötən il baş tutub. Bu il yanvarın 30-da isə Fatimənin qız toyu olub. Ümidə ancaq və ancaq xoşbəxtlik arzulayıram. Çünki o hər şeyin gözəlinə layiq oğuldur”.

İnci
Sfera.az

OXŞAR XƏBƏRLƏR