Ağır xəstəlikdən əziyyət çəkən aktyor ona yığılan 50 min dollardan imtina etdi - VİDEO

Ağır xəstəlikdən əziyyət çəkən aktyor ona yığılan 50 min dollardan imtina etdi - VİDEO
"Bu mənim içimdən gəlir. Pulun tam yığıldığını biləndə, özünüz də evdəki çığırtımın şahidi oldunuz. 15 saniyəyə bütün qonşular bizim həyətə toplaşdılar. Süfrələr açıldı, çaylar içildi. Hətta rayondan belə qonaqlar gəldi. Onlar gecə saatlarına qədər oturdular. Hamı gedəndən sonra mən tək qaldım. Oğlum İltifatın otağına daxil oldum. Gördüm ki, o mışıl-mışıl yatır. Ona baxa-baxa sizin verilişə gəldiyim gündən həmin saniyəyə qədər nələr yaşamışam, neçə çığırmışam, sevinmişəm. Hamısı gözümün önündən lent kimi getdi”.  

Sfera.az xəbər verir ki, bu sözləri qaraciyər sirrozundan əziyyət çəkən Elvin Ağayev "Səni axtarıram” verilişində deyib.  

Elvin onun üçün yığılan 50 min dollar puldan imtina edib. O, pulu xəstəlikdən əziyyət çəkən və verilişə pənah gətirən uşağın müalicəsinə verəcəyini açıqlayıb.  

"Mən bu xəstəliyə yoluxandan sonra çiyələk, cem və çörək yeməyə başladım. Cem çörəklə oğluma yaxınlaşdım. Bir dişlək alandan sonra gördüm ki, o cem çörək mənə şirin gəlmədi. Mənim 36 yaşım var.
 
Neçə-neçə bayramlar görmüşəm. Xarici ölkələr gəzmişəm. Amma xəstəliklərdən əziyyət çəkən körpələr heç nə görməyiblər. Mənimki bura qədər imiş. Bu pulu təqdim edirəm Ceyhuna. Qoy, o uşaq yaşasın”.  

Lakin Ceyhunun ailəsi bu pulu qəbul etməyib. Onlar aktyorun bu addımını həssaslıqla qəbul edib, tezliklə sağalmasını diləyiblər. (Bizim.media)

 

OXŞAR XƏBƏRLƏR

Vəkil olduğu deyilən qadının döyülməsi xəbəri haqda - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Bakıda qadın vəkilin icra məmuru tərəfindən döyülməsinə dair məlumatlar yayılıb. Sfera.az xəbər verir ki, məlumatda Vəkillər Kollegiyas...

Toy günü nişanlısını qoyub Türkiyəyə qaçan Əməkdar artist - Səhnəmizin Nargiləsi

Aktrisa, Əməkdar artist Məlahət Abbasovanın ad günüdür. Sfera.az kulis.az-a istinadən onun haqqında maraqlı faktları təqdim edir. Məlahət Elman...

Filarmoniya gecə klubuna çevrilib - VİDEO

"M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində "UFFO” restoranının rəhbərliyi ilə cari ilin iyun ayından rəsmi müqavilə bağlanması üç...

Azərbaycanda bu şəxslər 9 min manatadək cərimə olunacaq

İnsan orqanlarının alqı-satqısına görə cərimələrin artırılması təklif olunur. Sfera.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik ediləc...

Bakıdakı güclü yanğınla bağlı RƏSMİ MƏLUMAT - VİDEO / YENİLƏNDİ

Paytaxtın Xətai rayonunun S.Mehmandarov küçəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın...

Kəmaləddin Heydərov onu işdən ÇIXARDI

Fövləladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisinə birinci müavini təyin edib. Qaynarinfo.az-a FHN-...