Abşeron rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkildi - FOTOLAR

Abşeron rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkildi  - FOTOLAR

XX əsrdə dünyanın gözü qarşısında erməni qəsbkarları tərəfindən törədilən Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar Abşeron rayonunda geniş ağacəkmə kampaniyası keçirilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq soyqırım qurbanlarının hər birinin xatirəsinə ümumilikdə 613 eldar şamı əkilmişdir.

 

Bakı-Şamaxı və Bakı-Sumqayıt yollarının Abşeron rayonuna düşən hissələrində baş tutan ağacəkmə aksiyasında yeni basdırılan ağaclara üzvi gübrə verilimiş, suvarılmış və lazimi aqrotexniki qulluq göstərilmişdir. Bundan əlavə, rayonun Abadlıq və Kommunal Xidmətlər İdarəsi tərəfindən ərazi məişət tullantılarından təmizlənmiş, ümumi iməclik həyata keçirilmişdir.


Məlumat üçün bildirək ki, rayon ərazisində yeni ağacların əkilməsi istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəkdir.


OXŞAR XƏBƏRLƏR

Azad edilən ərazilərdə daha 57 mina aşkarlandı - FOTO

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayın...

“Davam” tərəfindən “Xocalıya Ədalət” həftəsi həyata keçirildi - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına dəstək vermək ...

Xarkovda öldürülən 35 yaşlı Qoşqar kimdir? - TƏFƏRRÜAT

Ötən gün Ukraynanın Xarkov şəhərində həlak olan 1987-ci il təvəllüdlü Qoşqar Məmmədovun ailəsi onun nəşinin Azərbaycana gətirilməsini istəyir. Hazırda bun...

Ukrayna səfirliyi önündə dəstək aksiyası keçirildi - FOTO

Ukrayna Azərbaycanlılarını Birləşmiş Diasporunun təşkilatçılığı ilə bu gün Bakıdakı Ukrayna səfirliyinin qarşısında Ukraynaya dəstək aksiyası keçirilib. B...

Abşeron rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkildi - FOTOLAR

XX əsrdə dünyanın gözü qarşısında erməni qəsbkarları tərəfindən törədilən Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar Abşeron rayonunda geniş ağacəkmə ka...

Prezident və Birinci xanım Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib. Sfera.az&nb...