8 cavabsız qolla acı məğlubiyyət - Baş məşqçi istefa verdi - FOTO / VİDEO

8 cavabsız qolla acı məğlubiyyət - Baş məşqçi istefa verdi - FOTO / VİDEO

 

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

 

Sfera.az-ın məlumatına görə, çempionatın lideri "Qarabağ" "Şamaxı" klubunu qəbul edib. "Azersun Arena"dakı qarşılaşma "köhlən atlar"ın 8:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, hələlik cari mövsümün ən böyük hesablı qalibiyyəti olub.

 

Meydan sahibləri görüşə erkən qolla başlayıb. İbrahima Vadji 8-ci dəqiqədə adını tabloya yazdırıb. Seneqallı hücumçu cəmi 8 dəqiqə sonra dubl edib.

 

Ardınca Filip Ozobiç səhnəyə çıxıb. 20 və 21-ci dəqiqələrdə fərqlənən xorvatiyalı yarımmüdafiəçi fərqi artırıb. Ozobiç qollarının sayını 10-a çatdırıraq bombardirlik yarışında "Zirə"nin gürcüstanlı hücumçusu Davit Volkova çatıb. 30-cu dəqiqədə Vadji het-trikini rəsmiləşdirib. 38-ci dəqiqədə Marko Veşoviç 6-cı topu qonaqların qapısından keçirib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Kadi Borges Ağdam klubunun 7-ci qoluna imza atıb. Oyunda son nöqtəni isə Musa Qurbanlı qoyub. İkinci yarıda meydana daxil olan 20 yaşlı forvard 49-cu dəqiqədə yekun hesabı müəyyənləşdirib.

 

Bu qələbədən sonra xallarını 55-ə çatdıran "Qarabağ" liderliyini möhkəmləndirib. 20 xalı olan "Şamaxı" isə 6-cı sırada qərarlaşıb.

 

Qeyd edək ki, günün ilk oyununda "Qəbələ" evdə "Sumqayıt"la heç-heçə edib. Tura aprelin 16-da keçiriləcək "Zirə" - "Səbail" və "Neftçi" - "Sabah" matçları ilə yekun vurulacaq 

 


***

 

"Şamaxı" klubunun baş məşqçisi Sənan Qurbanov istefa verib.

 

Sfera.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssis qərarını səfərdə "Qarabağ"a 0:8 hesabı ilə uduzduqları Premyer Liqanın XXIII tur matçından sonra keçirilən mətbuat konfransında açıqlayıb.

 


 

O bildirib ki, acı məğlubiyyətdən sonra rəhbərliklə danışdığını bildirib:

 

"Gələcək oyunlarda komandaya uğurlar arzu edirəm. Burada kubok qazandım, yaxşı günlərimiz oldu. Amma bu cür məğlubiyyətin ardından qalmaq mümkün deyil".

 

Qurbanov futbolda hər cür nəticənin ola biləcəyini söyləyib: "Bu başla nəyisə müzakirə etmək istəmirəm. Məsələ ondadır ki, böyük hesabla uduzduq. Gerisi mənə maraqlı deyil. Futbolçular meydançada mübarizə apara bilmədilər. Bunu qəbul edə bilmirəm. Artıq danışmışıq. Belə məsləhət oldu ki, gedim".

 

Baş məşqçi oyuna itkilərlə çıxdıqlarını vurğulayıb: "Qarabağ" onsuz da güclüdür. Heyətdə itki olanda bizim üçün vəziyyət daha da çətinləşir".


OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...