“6/40” tirajlı lotereyasında 101.119 manat dəyərində “Cekpot” uduldu

“6/40” tirajlı lotereyasında 101.119 manat dəyərində “Cekpot” uduldu
"Azərlotereya” ASC tərəfindən təşkil edilən "6/40” lotereyasının 22195 saylı tirajında 101.119 manat dəyərində "Cekpot”un sahibi bəlli olub. Böyük mükafatın şanslı qalibi olan Bakı sakini metronun "Elmlər Akademiyası” stansiyası girişində yeni açılmış lotereya satış nöqtəsində aldığı biletdə 27, 11, 39, 30, 9 və 22 rəqəmlərini seçərək "Cekpot” qazanıb.

Sfera.az xəbər verir ki, növbəti tirajlarda "Cekpot”un daha böyük məbləğ olması üçün "Azərlotereya” ASC öz büdcəsi hesabına "Cekpot”-a 20.000 manat məbləğində pul mükafatı ayırıb. 

Lotereya satış nöqtələrində lotereya biletləri əldə edərək şansınızı sınayın. Lotereya biletlərini "Misli” məntəqələri, "Elmlər Akademiyası”, "Xalqlar Dostluğu”, "Neftçilər”, "Xətai” metro stansiyalarının girişində əldə etmək mümkündür. Bir biletin minimum qiyməti bir manat təşkil edir. 

"6/40” tirajlı lotereyasının oyun qaydalarına görə lototrona 1-dən 40-dək işarələnmiş şarlar yerləşdirilir. Şarlar qarışdırılır və təsadüf prinsipinə əsasən altı ədəd şar çıxarılır. Çıxarılmış altı şarın nömrələri lotereya biletindəki variantın nömrələrinin altısı, beşi, dördü və üçü ilə uyğun gələrsə bilet uduşlu sayılır. Altı rəqəmi uyğun gələn variantın bileti "Cekpot”-a sahib olur. 
 
18 yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilər.
 
"6/40” tirajlı lotereyası həftənin yeddi günü, saat 20.30-da "Azərlotereya TV” rəsmi Youtube kanalı vasitəsilə canlı olaraq yayımlanır.
 


 

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...