31 yaşlı Azərbaycanlı müğənni ABŞ-da necə öldürüldü?

31 yaşlı Azərbaycanlı müğənni ABŞ-da necə öldürüldü?
Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsil alır.

Sfera.az xəbər verir ki, Sevil Hacıyeva "Yanğı", "Köhnə tramvay", "De, kim eşitsin" kimi mahnıların ifaçısı olub. Onun ən çox duet ifa etdiyi müğənnilərdən biri Samir Bağırov olub.

Sevil Hacıyevanın solist kimi əsas fəaliyyəti 1980-ci illərin əfsanəvi qruplarından olan "Karvan"la bağlıdır.

1993-cü ildə "Karvan" qrupu dağıldıqdan sonra Sevil Hacıyeva bir də Bakı səhnələrində görünmür. O, digər həmyaşıdları və həmkarları kimi dövrün ağır şərtlərindən təsirlənərək, səhnələrdən uzaq düşür.



1988-ci ildə "Bakı Payızı- 88" müsabiqəsinin laureatlarından biri olub. "Yurmala" müsabiqəsində gənc musiqiçilərin yarışında iştirak edən Sevil Hacıyeva hətta Aygün Kazımovanı da geridə qoyaraq müsabiqənin finalına çıxır. Daha sonra "Qaya" qrupunun bədii rəhbəri Teymur Mirzəyevin dəvəti ilə qrupda çıxış etməyə başlayıb. Bəstəkar Eldar Mansurovla davamlı əməkdaşlıq edib, onun yazdığı mahnıları oxuyub.

Vərəm xəstəliyindən əziyyət çəkən, ailə problemləri yaşayan müğənni tanış olduğu ABŞ vətəndaşının köməkliyi ilə Los-Ancelesə köçür. 8 Sentyabr 1996-cı ildə Ian Mussman adlı biri ilə evlənir.

Həyatının ikinci baharını yaşayan Sevil Hacıyeva vərəm xəstəliyindən müalicə olunaraq sağalır, Los-Ancelesdə konservatoriyada təhsil almağa başlayır. Öz pulunu qazanmaq üçün isə gecələr şəhərin prestijli klublarının birində səhnəyə çıxır.

Sevil Hacıyeva rəsmi olaraq "Məhdud iş imkanı üçün icazə verilən xarici tələbə" statusunda olub. Sosial Təhlükəsizlik koduna sahib olub.

Sevil Hacıyevanın yaradıcılığının çiçəklənən vaxtı faciəli hadisə onun gənc həyatını yarıda saxlayır. 12 sentyabr 2000-ci ildə bir dostu ilə səhnəyə çıxdığı klubdan evə qayıdan Sevil Hacıyevanın yolunu soyğunçu kəsir. Ciblərindəki pulları tələb edən oğruya tabe olmadığı üçün soyğunçu əvvəlcə Sevilin dostunu güllələyir. Kömək çağırmaq üçün kluba doğru qaçan Sevil Hacıyeva isə belindən vurularaq öldürülür.

Öldürülən zaman gənc solistin cəmisi 31 yaşı olur. Karvan qrupunun solisti ölümünün ardından "Hollywood Hills" məzarlığında torpağa tapşırılır. (news.day.az)

OXŞAR XƏBƏRLƏR

45 minlik üz kreminə görə qınağa tuş gələn aktrisadan AÇIQLAMA: "İndi hər şey bahadır"

Dəbdəbəli həyatı ilə tez-tez gündəmdə olan aktrisa Yasemin Özilhan sosial şəbəkələrdəki paylaşımları ilə müzakirə obyektinə çevrilib.   Sfera.az bildirir...

Renka qalmaqallı görüntülərindən danışdı: "Hamımız ana südü ilə böyüyürük... " - VİDEO

Rəqqasə Renka (Rəna Ağamuradova) qalmaqallı videosu ilə bağlı açıqlama verib. Sfera.az xəbər verir ki, bu haqda "MTV maqazin"ə danışan rəqqasə müzakirələrə ...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Cazibədar aktrisanın 7 hamamlı malikanəsi - FOTOLAR

Məşhur aktrisa Kameron Diaz yeni malikanə alıb.   Sfera.az bildirir ki, ulduz, musiqiçi həyat yoldaşı Benji Maddenlə birlikdə aldığı evə 12,6 milyon doll...

Klarnet ifaçısından biabırçı açıqlama: “Qızımı Elməddinin şəkli ilə qorxudurdum”

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktyor Elməddin Cəfərovla bağlı müzakirələrə səbəb olacaq açıqlama verib.   Sfera.az yazır ki, musiqiçi qız...

Nazilə Səfərlinin oğlunun toyuna 1000 manat yazdıran MƏŞHURLAR KİMLƏRDİR? - VİDEO

Şair Nazilə Səfərlinin oğlu Nurlana etdiyi toyun əks-sədası bitmək bilmir. "7 canlı” verilişində aparıcı Vüsalə Əlizadə onun övladının toyuna pu...