Prezident FƏRMAN imzaladı

Prezident FƏRMAN imzaladı
Prezident İlham Əliyev Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında Fərman imzalayıb.

Sfera.az  xəbər verir ki, Fərmanla 2022-ci il noyabrın 1-dən himayədar ailə sahəsində dövlət siyasətinin, tənzimləmənin və dövlət nəzarətinin, o cümlədən himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) və himayədar ailəyə verilmiş uşaqların vahid uçotunun elektron qaydada aparılması, valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdə (bundan sonra – müəssisə) yerləşdirilməsi, habelə həmin müəssisələri tərk etməsi ilə bağlı qərarların qəbul edilməsi, sosial dəstək mexanizmlərinin tətbiqi vasitəsilə uşaqların müəssisələrdən ailələrinə qaytarılması və ya himayədar ailəyə verilməsi, eləcə də onların müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görülməsi və müəssisələrdə olan uşaqlarla bağlı fərdi inkişaf planlarının hazırlanması sahəsində səlahiyyətlərin həyata keçirilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- himayədar ailə institutunun inkişaf etdirilməsi və təşviqi ilə, habelə bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş digər məsələlərlə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflərini yeddi ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək;

- bu Fərmandan irəli gələn digər məsələləri həll edəcək.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

- bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, 2022-ci il noyabrın 1-dək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin təkmilləşdirilməsini təmin edəcək;

- bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görəcək.

Aidiyyəti dövlət orqanları (qurumları) bu Fərmandan irəli gələn məsələlərin həllinə zəruri kömək göstərəcəklər.

OXŞAR XƏBƏRLƏR

Rusiyanın “Z” hərfi olan tankları Azərbaycana qarşı da istifadə olunubmuş - FOTOFAKT

2020-ci ildə  Qarabağ müharibəsində Ermənistanın Putinin "Z” ordusuna aid tanklarından Azərbaycan qüvvələrinə qarşı istifadə etdiyi iddia edilib. Sfe...

Ermənistandan Azərbaycanla bağlı SÜLH BƏYANATI

Ermənistanın Təhlükəsizlik Şurası Qarabağ ətrafındakı vəziyyətlə bağlı bəyanat yayıb. Sfera.az xəbər verir ki, bəyanatda deyilir:  "Təhlükəsizl...

“Ermənistan Laçın dəhlizi vasitəsilə bölgəyə hərbçilər göndərir” - RƏSMİ AÇIQLAMA

"Məhz Ermənistan post münaqişə mərhələsində Azərbaycana qarşı açıq ərazi iddialarını davam etdirir və bunu, o cümlədən XİN səviyyəsində Azərbaycanın Qarabağ b...

Azərbaycanda Rusiyaya məxsus təyyarələrə həbs qoyulub? - RƏSMİ AÇIQLAMA

Rusiya Federasiyası Nəqliyyat Nazirliyi tərəfindən Azərbaycanda Rusiya təyyarələrinin həbs edilməsi barəsində verilmiş açıqlama həqiqəti əks etdirmir və təəccüb...

Ərdoğan Azərbaycanla imzalanmış sazişi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ilin sentyabrın 28-də Ankarada Azərbaycanla imzalanan sazişi təsdiqləyib. Sfera.az xəbər verir ki, sənəd "Res...

"Kasıb insanların malına göz dikmişdilər" - Prezident həbs olunan icra başçılarından danışdı

"Siz daim insanlarla təmasda olmalısınız, onların problemlərini onlardan eşitməlisiniz, laqeyd olmamalısınız. Yəni, bütün məmurlar qarşısında mənim tərəfimdən q...