Yeni dələduzluq metodu: Telefon alan şəxslər üçün ciddi təhlükə var

Yeni dələduzluq metodu: Telefon alan şəxslər üçün ciddi təhlükə var
Son vaxtlar Azərbaycana xarici ölkədən gətirilən yeni telefonların qeydiyyata alınması ilə bağlı yeni dələduzluq forması meydana çıxıb.

Belə ki, bəzi telefon satıcıları xaricdən gətirilən telefonların ucuz qiymətə IMEI qeydiyyatını aparırlar. Bu metodla da onlar başqa cihazların və yaxud hazırda aktiv olan başqasına məxsus smartfonların IMEI kodlarını yeni gələn cihazlara klonlayıb satırlar. Nəticədə belə telefonları alan şəxslər üçün ciddi təhlükə yaranır.

Xaricdən telefon gətirən şəxs və ya "fake" zəng edənlər köhnə mobil cihazlarının IMEI kodlarını bu yeni cihazlara ötürürlər.

Bundan əlavə, işbazlar xarab telefonlardan istifadə etməklə yanaşı, onların hissələrini və İMEİ nömrəsini belə işlərdə istifadə edirlər.

Sfera.az xəbər verir ki, bu barədə Trend-ə danışan İKT üzrə ekspert Ramazan Seyidov bildirib ki, yeni alınan telefonun arxasında IMEI nömrəsi olan etiket olur.

İlk iş bu etiketi çıxarıb cihazın qutusuna qoymaq olmalıdır. Bundan əlavə, cihazın qutusunu atmaq əvəzinə, hesabı və cihaza aid olan hər şeyi qutuda saxlamaq və təhlükəsiz yerə qoymaq məsləhətdir.

Ekspert qeyd edib ki, hətta işlənmiş telefon almağa hazırlaşsanız belə, faktura və qutunun telefonun ilk sahibində olmasına diqqət edin.

Əks halda, çox güman ki, siz IMEI-nin klonlaşdırılması ilə qarşılaşmısınız və ya klonlanmış IMEI-li telefon almısınız.

Hər kəs "imei.az" saytına daxil olaraq telefonun arxasındakı "stiker"lə (imei stiker) onu yoxlaya bilər. Əgər telefon istifadəçisi telelefonun klonlaşdırılması ilə bağlı sms bildiriş alarsa, 30 gün müddətində telefon bloklancaq", - deyə R.Seyidov bildirib.

OXŞAR XƏBƏRLƏR

Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.   Sfera.az bildirir ki, yazar kosmonavtın İ...

Günün qoroskopu: Bunları etməyin!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik: Qoç - Günün kursunu səhər...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq spiker, MSDM rəhbəri İsa Qəmbərə 180 manat pensi...

Hansı BÜRCÜN kişiləri daha ŞORGÖZDÜR? - Xəyanət etməyə potensial namizədlər

"Xəyanət etməyən kişi yoxdur" fikrini qadınların dilindən tez-tez eşidirik. Lakin bir sıra özəlliklərinə görə kişilərin xəyanətə meyilliklərində də fərqlər var....

Günün qoroskopu: Dostlarla görüş, romantik təmas...

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:   Qoç - günün ilk...