Cəbhə xəttində gərginlik artıb

Cəbhə xəttində gərginlik artıb

Sfera.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 127 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Göyarx, Yarımca, Çaylı, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Novruzlu, Cəvahirli, Kəngərli, Sarıcalı, Şuraabad, Nəmirli, Xocavənd rayonunun Kuropatkino kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 127 dəfə atəş zərbəsi endirib.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Türkiyədə - CANLI

Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfər edib. Sfera.az xəbər verir ki, dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Rize-Artvin hav...

Prezident hərbçiləri təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçilərinin təltif edi...

Azərbaycanda un BAHALAŞDI - Yeni qiymətlər

Azərbaycanda unun qiyməti bahalaşıb. Sfera.a-ın əldə etdiyi məlumata görə, "Karmen" ununun bir kisəsinin qiyməti 26 manatdan 36 manata, "Faduoğlu" unun...

Ermənistan ordusu Azərbaycan mövqelərini atəşə tutdu- RƏSMİ

İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxı...

Milli "gözümüz" bizi istəməyənlərin gözünü çıxardacaq - VİDEO

Bir müddət əvvəl Kanada şirkəti Bayraqdar SİHA-lara göz, yəni elektro-optik termal müşahidə kameraları  sistemi satmağı dayandırmışdı. Sfera.az xəbər...

Qoşunlarımız Qubadlı və Laçında düşmənə ciddi zərbə vurdu

Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensi...