Bakı metrosu Moskvadan "qurtuldu" - FOTO

Bakı metrosu Moskvadan "qurtuldu" -  FOTO

"Artıq bir müddətdir ki, Bakı Metropolitenində qatarları öz iş heyəti təmir edir".

Bu sözləri Milli.Az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə əlaqələr və 

mətbuat xidmətinin rəisi söyləyib. Nəsimi Paşayev bildirib ki, artıq metropolitenin Gürcüstana

 ehtiyacı olmayacaq, çünki qatarlarımızı özümüz təmir edib, yenidən yığmağa başlamışıq. 

"Bakı Metropoliteni uzun illər idi ki, qatarlarda hansısa bir nasazlıq və yaxud da problem

 yaranırdısa, onları Gürcüstanın Tiflis şəhərinə göndərərək, yenidən bərpa edirdi. 

Düzdür, cari təmiri özümüz edirdik, ancaq "kapremont", əsaslı təmir Tiflisdə görülürdü. 

Bu işlərin orada görülməsinin səbəbi isə "Moskva Vaqon Təmir Zavod"unun ən yaxın 

filialının orada yerləşməsi idi. Ən sərfəlisi o zavod idi deyə qatarlarımız orada təmir olunurdu.

Ancaq ötən ildən etibarən rəhbərlik qərar verdi ki, depoda özümüz belə sexlər yaradaq və

 artıq bir müddətdir ki, qatarların əsaslı şəkildə təmirini özümüz edirik. İnanın ki, işlərimiz 

MVTZ-nin işlərindən heç də geri qalmır. Hətta deyərdim ki, onlardan daha keyfiyyətli işləyirik". 

Sonra metorpolitenin sözçüsü görülən işlərdən də danışaraq iki vaqonun əsaslı təmir edildiyini

 söyləyib.

"Onu da qeyd edim ki, artıq iki qatarımız öz işçilərimizin sayəsində yenidən əsaslı şəkildə yığılıb.

 Yeni qatarları siz vaqonun içərisində yerləşən "Metro" loqolu oturacaqlardan tanıya bilərsiniz",

 - Nəsimi Paşayev deyib. 


OXŞAR XƏBƏRLƏR

Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.   Sfera.az bildirir ki, yazar kosmonavtın İ...

Günün qoroskopu: Bunları etməyin!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik: Qoç - Günün kursunu səhər...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq spiker, MSDM rəhbəri İsa Qəmbərə 180 manat pensi...

Hansı BÜRCÜN kişiləri daha ŞORGÖZDÜR? - Xəyanət etməyə potensial namizədlər

"Xəyanət etməyən kişi yoxdur" fikrini qadınların dilindən tez-tez eşidirik. Lakin bir sıra özəlliklərinə görə kişilərin xəyanətə meyilliklərində də fərqlər var....

Günün qoroskopu: Dostlarla görüş, romantik təmas...

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:   Qoç - günün ilk...