17 yaşlı bu qız Marsa ayaq basan ilk insan olmağa hazırlaşır - FOTOLAR

17 yaşlı bu qız Marsa ayaq basan ilk insan olmağa hazırlaşır - FOTOLAR
NASA 17 yaşlı Alisa Karsonu 2033-cü ildə həyata keçiriləcək layihə çərçivəsində Marsa ayaq basan ilk insan olması üçün yetişdirir.
 
Sfera.az xəbər verir ki, NASA-nın astronavt proqramına seçilib ən gənc yaşda məzun kimi tarixə düşən Alisa Karson Marsa ayaq qoyan ilk insan olacaq.
NASA-nın Luizianadakı astronavt təlimi mərkəzində Marsa getmək üçün təlim keçən Karson eyni zamanda "Advanced Possum Academy”dən məzun olan ən gənc yaşda adamdır. Karson 3 yaşında baxdığı "Backyardigans” proqramından çox təsirləndiyini, Marsa getməyin uşaqlıq xəyalı olduğunu bildirib.

"Hər zaman xəyallarınızın ardınca gedin və kimsənin onları sizdən almasına icazə verməyin. Bütün astronavtlar, xüsusilə qadın astronavtlar mənə gedəcəyim yolu göstərdi” – Alisa Karson belə deyib.

Alisanın atası Bert Karson qızını NASA kosmik düşərgəsinə qeydə saldıqdan sonra qız NASA-nın Laval, Kvebek və İzmirdə yerləşən kosmik düşərgələrində olub.
Astronavtlıq təlimi ilə yanaşı ispan və fransız dillərini öyrənən Karson Mars missiyasına qədər Beynəlxalq Kosmos Universitetində təlim keçəcək. 
Alisa Karsonun 2033-cü ildə iştirak edəcəyi Mars layihəsində "Qırmızı planet”də koloniya yaradılması planlaşdırılır.
 
Rəsul
Sfera.az
 

 


OXŞAR XƏBƏRLƏR

İlin ilk Ay tutulması başa çatdı - VİDEO

İlin ilk Ay tutulması hadisəsi başa çatıb. Sfera.az xəbər verir ki, bu, tam Ay tutulması olub. Təbii hadisə saat 07:29-da başlayıb, saat 8:53-də son...

NASA kosmosa çılpaq insan şəkilləri göndərəcək - FOTO

Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsində (NASA) çalışan elm adamları yadplanetliləri cəlb etmək ümidi ilə kosmosa çılpaq insan şəkli göndərməy...

Sürücüsüz taksilər fəaliyyətə başlayır – FOTO

Çində sürücüsüz taksilərə icazə verilib.     Sfera.az xəbər verir ki, texnologiya şirkəti "Baidu Inc” və "Toyota” tərəfindən dəstəklənən "Pony.ai”...

“WhatsApp”a istifadəçiləri əyləndirəcək yenilik gəldi - FOTOLAR

"WhatsApp”ın "iOS” versiyasında olan yeni emojilər artıq "Android”lərdə də istifadə oluna biləcək. Sfera.az xəbər verir ki, bu barədə "Haber Global” xəbər...

Türkiyə milli avtomobilini ABŞ-da nümayiş etdirdi - FOTOLAR

Türkiyənin milli avtomobili olan TOGG dünyanın ən böyük istehlak elektronikası ticarət sərgisi - "CES 2022”də nümayiş etdirilib.   Sfera.az xəbər verir k...

Çin Dünyanın ilk iki oturacaqlı döyüş təyyarəsini hazırlayır - FOTO

Çin daha bir ilkə imza atıb.   Sfera.az bildirir ki, sözügedən ölkə dünyanın ilk iki oturacaqlı 5-ci nəsil döyüş təyyarəsini hazırlayıb. "The Military Wa...