Özünü "Seyid" kimi təqdim edən şəxsə hökm oxundu

Özünü
Feysbuk sosial şəbəkəsində özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin əməkdaşı kimi təqdim edərək bir neçə nəfəri aldatmaqda ittiham olunan 1967-ci il təvəllüdlü Mirağa Miriyevə hökm oxunub və o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Sfera.az  xəbər verir ki, bu barədə hökm Yasamal Rayon Məhkəməsinin hakimi Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, M.Miriyev iki nəfərdən sosial yardım düzəldəcəyi adı ilə 1600-1700 manat, sosial ev almaq üçün isə 6 nəfərdən 550-40250 məbləğində pul alıb. Amma heç birinin işini düzəltmək üçün rəsmi qurumlara müraciət etməyib. Aldığı pulları da şəxsi ehtiyaclarına xərcləyib. Lakin zərərçəkişləri inandırmaq üçün bütün rəsmi sənədləri alıb, onlara rəsmi şəxslərin adına müraciətlər yazdırıb.

Zərərçəkmişlərin ifadələrindən məlum olub ki, M. Miriyev bəzi şəxslərə özünü Seyid adı ilə təqdim edib.

İş üzrə ən çox zərər çəkən Ermənistanın Gəncəni bombalaması nəticəsində evi dağılan şəxsdir. Təqsirləndirilən şəxs ona 40 250 manat ziyan vurub. Həmin şəxs də Mirağanın sosial evlərin verilməsində vasitəçi olduğunu eşidəndə ona pul verib. Amma zərərçəkmiş bir yox, 5 ev almaq istəyib. Həmçinin həyat yoldaşının pensiya məsələsini də həll etmək üçün Mirağaya 10 min manat pul verib.

M.Miriyev eyni zamanda 1994-cü ildə qəsdən adam öldürməyə görə 14 il müddətinə azadlıqdan məhrum edilib. O, 2008-ci ildə azadlığa çıxdıqdan sonra növbəti dəfə dələduzluğa görə məhkumluq həyatı yaşayıb.

OXŞAR XƏBƏRLƏR

Lənkəranda taksiyə müştəri qismində əyləşib evinə sürdürdü: Öldürüb, həyətində basdırdı - TƏFƏRRÜAT

Lənkəranda qətl törətməkdə təqsirləndirilən Elvin Hüseynzadəyə hökm oxunub və o, 19 il müddətinə azadlıqdan məhrum edilib.   Bu barədə "Report”a zər...

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş... - Bakıdakı QƏTLİN TƏFƏRRÜATI

Bakıda 24 gün əvvəl törədilən qətllə bağlı bəzi məqamlar üzə çıxıb. Sfera.az xəbər verir ki, söhbət bu ilin aprel ayının 23-də paytaxtın Nərimanov rayonu ər...

“Eldar Mahmudovun adından böyük məbləğlərdə pullar tələb edirdi” – MTN işində şok ifadələr

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Y...

Əməliyyat keçirildi - 202 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) mayın 13-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən Sfera.az-...

Sumqayıtda kirayədə qalan qadın niyə öldürülüb? - QONŞULAR DANIŞDI - VİDEO

Ötən gün Sumqayıtda gənc qadın tanışı tərəfindən boğularaq qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə Xəzər TV sujet hazırlayıb. İlkin araş...

Vilyam Hacıyevin məhkəməsində ŞOK İFADƏ: “Rüşvət yox, rüsum ödəmişəm”

Artıq uzun zamandır ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Sfera.az-ın xəbərinə gö...