Zukerberq Azərbaycanı hədəf alan “troll”ları blokladı

Zukerberq Azərbaycanı hədəf alan “troll”ları blokladı
"Facebook” sosial şəbəkəsi Rusiyanın Sankt-Peterburq şəhərində mənzillənmiş və Kremlə bağlı "trol fabriki” kimi tanınan İnternet Araşdırmaları Agentliyinin trollarının hesablarını bloklayıb. 

Sfera.az xəbər verir ki, bu barədə "Facebook”un sahibi Mark Zukerberq öz səhifəsində yazıb:

"Burada konkret səhifələr və akkuntlar mövcud idi. Hansılar ki, Rusiya "Facebook” istifadəçilərinə və onun qonşularına-Ukrayna, Azərbaycan və Özbəkistan kimi ölkələrdəki rusdilli insanlara təsir etməklə məşğul idi".

Bloklanmış hesabların hamısı İnternet Araşdırmaları Mərkəzi çərçivəsində işləyiblər. ABŞ-da və Avropadakı seçkilərə təsir göstəriblər.Bildirilir ki, bloklanmış səhifələrin bir qismi Rusiya mediasına bağlı olub, amma İnternet Araşdırmaları Mərkəzinin nəzarətində fəaliyyət göstərib.

"Bu Rusiya agentliyi dəfələrlə aldadıcı fəaliyyət göstərib və ABŞ, Avropa və Rusiyada insanların mövqeyi ilə manipulyasiya etməyə çalışıb”, deyə  yazan Zukerberq bildirib ki,  "Facebook” istifadəçilərə bu və ya digər səhifənin İnternet Araşdırmaları Mərkəzi ilə bağlı olub-olmadığını müəyyən etməyə imkan verən xüsusi proqram üzərində işləyir.

İlqar
 


OXŞAR XƏBƏRLƏR

“Google Maps” Azərbaycanla bağlı məlumatları silir – Səbəb nədir?

"Bir neçə gündür ki, Bakı şəhərinin ictimai nəqliyyat məlumatlarının "Google” xəritəsindən yığışdırılacağı, yəni "Google”un Bakı üçün ictimai nəqliyyat naviqa...

Şirkətlər “Prius”ları sığortalamaqdan tam imtina edəcəklər?

"Toyota” şirkətinin istehsalı olan "Prius” modellərinin sahibləri avtomobillərini sığortalaya bilmədiklərindən şikayətlənirlər. Sosial şəbəkələrdə paylaşılan mə...

“Facebook”, “WhatsApp” və “Instagram”ın fəaliyyəti bərpa olundu

Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkələrində "Facebook”, "WhatsApp”, "Instagram”da yaranan problem aradan qaldırılıb. Sfera.az xəbər verir ki,...

Problemlə bağlı sosial platformalar açıqlama YAYDI

Xəbər verdiyimiz kimi, "Facebook”, "Instagram” və "WhatsApp” tətbiqlərinə girişdə problem yaşanıb. Sfera.az-ın məlumatına görə, məsələ ilə bağlı sosial şə...

Azərbaycan əhalisinin İKT-dən istifadə vəziyyəti son illərdə köklü DƏYİŞİB

Azərbaycan informasiya kommunikasiya texnologiyalarının (İKT) inkişafı istiqamətində son illərdə ciddi dəyişikliklərə nail olub. Ölkəmizdə İKT-nin əsas infrastr...

Ölkə üzrə yeni internet qiymətləri AÇIQLANDI

"Aztelekom” və "Bakı Telefon Rabitəsi” (”Baktelecom”) MMC-lər internet tariflərinə dəyişiklik edib. Sfera.az-ın məlumatına görə, yeni tariflərə əsasən, in...