Zelenski rusların sui-qəsd cəhdləri ilə bağlı bu detalı ilk dəfə AÇIQLADI - “Hədəfə çox yaxınlaşmışdılar, paraşütlə enib…”

Zelenski rusların sui-qəsd cəhdləri ilə bağlı bu detalı ilk dəfə AÇIQLADI - “Hədəfə çox yaxınlaşmışdılar, paraşütlə enib…”
Rusiyanın Ukraynaya təcavüzünün ilk günlərində Zelenskinin öldürüləcəyi ilə bağlı iddialar gündəmə bomba kimi düşmüşdü.
 
Sfera.az xəbər verir ki, Ukrayna liderinin İngiltərənin "The Times” jurnalına müsahibəsində bu məsələ ilə bağlı açıqlamaları zəlzələ effekti yaradıb. Məlumatda qeyd olunub ki, müharibənin ilk günlərində sui-qəsd qrupları Zelenskini öldürməyə cəhd ediblər. İki sui-qəsdin Rusiya hökumətinə yaxın olduğu deyilən muzdlulardan ibarət "Vaqner Qrupu” tərəfindən təşkil edildiyi bildirilib. Həmin günlərdə rusların 400 nəfərlik komandanı Kiyevə soxması və bu şəxslərin Zelenski və ailəsini öldürmək üçün təyinat alması ilə bağlı iddialar dünyanı silkələyib. 

İşğalın ilk həftələrində Zelenski adı  açıqlanmayan bunkerdə qalırdı. Zelenski  müsahibəsində bildirib ki, ailəsi içəridə olarkən rus qoşunları prezident iqamətgahına iki dəfə hücum edib. Ukrayna lideri Rusiya qüvvələrinin işğalın ilk saatlarında onu ələ keçirib öldürməyə necə yaxınlaşdığını təsvir edib.
Kiyevdəki Prezident iqamətgahında iki həftə qalan jurnalist Saymon Şusterlə danışan Zelenski rus qoşunlarının münaqişənin ilk günündə paytaxtda onu və ailəsini tapmağa necə yaxınlaşdıqlarını izah edib.

Bombalama başlayandan sonra o, həyat yoldaşı Olena Zelenska ilə birlikdə 17 yaşlı qızı və doqquz yaşlı oğluna evlərini tərk etməyə hazırlaşmağı söyləməyə gedib. 

Ukrayna ordusu Zelenskiyə bildirib ki, Rusiya hücum qrupları onu və ailəsini öldürmək və ya ələ keçirmək üçün Kiyevə paraşütlə enib. 

Şusterin sözlərinə görə, Rusiya qoşunları Zelenskinin ailəsi hələ də evdə olarkən binaya hücum etmək üçün iki cəhd edib. Növbəti gecə, daha təhlükəsiz mühit təklifini, o cümlədən mühacirətdə hökumət qurmağa imkan verəcək ABŞ və Britaniya qüvvələrinin təxliyəsini rədd etdikdən sonra Zelenski telefonuna video mesaj yazmaq üçün həyətə çıxıb. Bu mesaj müharibənin sonrakı günlərində dünyada ən çox baxılan videolardan birinə çevrilib. 

Həmin an Zelenski müharibədəki rolunu həqiqətən dərk etdiyini söyləyib. Həmin məşhur mesajda Zelenski özünü xilas etmək istəyən ABŞ Prezidenti Co Baydenə müraciət edib:

"Sağ olun, cənab Prezident. Amma mənə qaçmaq lazım deyil, ölkəmi müdafiə etmək üçün mənə silah və sursat lazımdır”.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Putinin müharibə taktikaları ilə bağlı yeni İDDİA

Rusiya prezidenti Vladimir Putin haqqında yeni iddia irəli sürülüb.   Sfera.az bildirir ki, Rusiya ilə Ukrayna arasındakı müharibəni izləyən ekspertlər P...

Fransada 30 il sonra qadın baş nazir təyin edildi - Elizabet Born kimdir?

Apreldə keçirilən seçkilərdən sonra kimin baş nazir təyin ediləcəyi ilə bağlı spekulyasiyalara səbəb olan Fransa prezidenti Emmanuel Makron seçildikdən 22 gün s...

"Sərhədlərə taktiki nüvə silahı yerləşdirəcəyik" - Rusiyadan NATO üzvü olmaq istəyən ölkələrə yeni TƏHDİD

Finlandiyanın NATO ilə bağlı son açıqlaması Moskvada səs-küyə səbəb olub.   Sfera.az-ın məlumatına görə, Rusiya dövlət televiziyası bildirib ki, Moskva ö...

ABŞ kəşfiyyatı: "Putin uzunmüddətli müharibəyə hazırlaşır" - Hədəfdə bu ölkələr var

Putinin uzunmüddətli müharibəyə hazırlaşdığı iddia edilib.   Sfera.az bildirir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının (DNI) direktoru Avril Haines Senatda...

“Pulitzer” mükafatının bu ilki qalibləri - SİYAHI

Dünyanın ən nüfuzlu mükafatlarından biri olan "Pulitzer” öz sahiblərini tapıb.   Sfera.az bildirir ki, Pulitzer Komitəsi bu il 15 nominasiya üzrə qaliblə...

Sabiq deputat miras məsələsinə görə qardaşını güllələdi - ANBAAN VİDEO

Milliyyətçi Hərəkat Partiyasının (MHP) keçmiş millət vəkili Kemalettin Nalcı qardaşını güllələyib.   Sfera.az bildirir ki, hadisə Çerkezköy mahalına bağl...