Zelenski rus əsgərlərinə müraciət etdi - "Həyatınızı xilas edin"

Zelenski rus əsgərlərinə müraciət etdi -
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya əsgərlərinə müraciət edib. Zelenski bildirib ki, Rusiya Ukraynadakı böyük itkilərini nəzərə almır və qoşun yeritməkdə, xüsusən Xarkov, Donetsk və Luqansk vilayətlərinə hücumlara başlamaqda davam edir.

"İşğalçılar Xarkov vilayətində əlavə qüvvələrin köməyinə yetişiblər. Onlar Donbasda təzyiqi artırmağa çalışırlar. Rusiya Federasiyası üçün bu mənasız müharibənin döyüşlərində artıq 23 mindən çox əsgər itiriblər. Amma dayanmırlar", - o deyib.

Beləliklə, Ukrayna tərəfi bilir ki, Rusiya komandanlığı yeni böyük itkilərə hazırlaşır.

"Heyətləri tamamilə məhv edilmiş və ya əhəmiyyətli dərəcədə zəifləmiş o bölmələrə zəif motivasiyası və döyüş təcrübəsi olan yeni insanlar cəlb edilir. Onlar sadəcə olaraq, hücuma keçə bilmələri üçün lazımi miqdarda insanları orduya cəlb etmək istəyirlər", - Zelenski vurğulayıb.

Dövlət başçısı Rusiya komandanlığının yaxın həftələrdə daha minlərlə əsgərinin həlak olacağı və yaralanacağından xəbərdar olduğuna diqqət çəkib.
Zelenski Rusiya Federasiyasının hərbçilərinə müraciət edərək, onları düşünməyə çağırıb: "Niyə onlar Ukraynada ölməlidirlər və qohumlarının buna ehtiyacı varmı?"

"Rusiya komandirləri əsgərlərə döyüşməkdən imtina etdiklərinə görə guya ciddi məsuliyyətlə üz-üzə olduqlarını deyəndə hərbçilərinə yalan danışır, eyni zamanda, məsələn, meyitlərin saxlanması üçün əlavə soyuducuların hazırlanması barədə heç nə demirlər. Planlaşdırılmış itkilərdən danışmırlar. Rusiyanın hər bir əsgəri həyatını xilas edə bilər. Sizin bizim torpaqda həlak olmağınızdansa, Rusiyada sağ qalmağınız yaxşıdır”, - Prezident əlavə edib.
 

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...