Zəhərlənməmək üçün Yeni il günü necə qidalanmalı? - "Paytaxt salatının ömrü 48 saatdır, balığın isə..."

Zəhərlənməmək üçün Yeni il günü necə qidalanmalı? -
"Çox zaman insanlar  bayram deyib sevinirlər, bazara qaçıb mənşəyi məlum olan-olmayan  məhsulları ( ən çox da riskli qidalar – balıq, toyuq, ət) alıb evdə istifadə edirlər və zəhərlənmə halları baş verir”.

Bunu Sfera.az-a açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib. Müsahibimiz bayram günü qidalanma ilə bağlı məsləhətlər verib. O bildirib ki, vətəndaşlar ilk növbədə özlərinə lazım olan qədər məhsul almalıdırlar:

"Açıq havada olan məhsulları ümumiyyətlə almasınlar. Saatlarla damcı yolu ilə gələn virus, bakteriyalara məruz qalan ət məhsulları mikroorqanizmlərlə çirklənir, zəhərlənmələrə səbəb olur. Ona görə də təzə kəsilmiş ət alsınlar və ya kəsilib soyuducuya yerləşdirilmiş məhsulları istehlak etsinlər. Balıq alanda da buzun içində və ya diri balıq ala bilərlər. Eyni zamanda balıq piştaxtadadırsa, təzə olduğu iddia olunursa, o zaman barmaqları ilə balığın üstünə bassınlar, əgər öz yerini alırsa, deməli balıq təzəliyini qoruyub saxlayıb. Həmçinin balığın gözü şəffaf rəngdə olmalıdır, yəni parıltısını itirməli deyil, sərt olmalıdır. Balığın qarın hissəsi şişibsə, deməli orada histamin maddəsi çoxalıb, bu da qida zəhərlənməsinə yol aça bilər”.

Ekspert qeyd edib ki, evdə emal prosesi 2 saat ərzində bitməlidir:

"Toyuq, balıq, ət, mayonez, yumurta riskli qidalardır. Ona görə də bu məhsulların iki saat ərzində emal prosesini bitirmək lazımdır. Yaxşı olar ki, bütün məhsullar mərhələli şəkildə soyuducuya yerləşdirilsin. Emal prosesi bitdikdən sonra salatlar üzəri bağlı şəkildə soyuducuya qoyulmalıdır, çünki otaq temperaturunda çox qalan mayonez və yumurtadan hazırlanmış salatlar çox qalarsa, zəhərlənmə halları baş verə bilər. Bizdə bilirsiniz, ən çox paytaxt, mimoza salatı istifadə olunur və onlara toyuq, mayonez, yumurta vururlar ki, bu da riskli qidalardır. Bəzən görürsünüz ki, salatlar "padnos”da hazırlanıb qoyulur, otaq temperaturunda saatlarla saxlanılır və axşam süfrəyə təqdim olunanda zəhərlənmə halları baş verir. Ona görə də soyuducudan çıxarıb mərhələli şəkildə emal edilməli, yenidən ora bağlı şəkildə yerləşdirilməlidir. Riskli qidaları qonaqların gəlməyinə 15 dəqiqə qalmış süfrəyə təqdim etmək lazımdır. Tərəvəzlə hazırlanmış  zeytun yağlı salatlar ( çoban salatı, kök salatı və.s.) süfrəyə öncədən qoyula bilər. Amma mayonezli, toyuqlu, yumurtalı, ətli salatlar, kabablar, qril, balıq ləvəngisini süfrəyə bir saat əvvəldən yerləşdirmək olmaz. Onlar vaxtında bişməli və isti-isti təqdim edilməlidir”.

A.Salamov həmçinin bildirib ki, süfrədə artıq qalan qidalar əgər 3 saat qalıbsa, məhv olunmalı, 2 saat ərzində qalaraq istehlak edilməyibsə, soyuducuya yerləşdirilərək emal olunmalıdır:

"Adam var deyir ki, mən bayramdan qalan salatları bir həftə ərzində yeyirəm, bu, düzgün deyil. Bir salatın ömrü 48 saatdır. Kritik kontrol nöqtələrinin analizi qaydalarına görə, salatı 72 saat saxlamaq olar. Amma nəzərə alsaq ki, soyuducunun qapısı tez-tez açılır bağlanır, temperatur oynayır, həmin istilikdə salatın ömrü 72 saatdan 48 saata qədər azalır. Ona görə də yeməkləri məhdud sayda etsinlər, israfçılığa yol verməsinlər”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ...

Ramazan sonrası hansı şəkildə qidalanmaq lazımdır – Mütəxəssisdən AÇIQLAMA

Məlum olduğu kimi Ramazan ayı boyunca oruc olan şəxslər gün ərzində normal qidalana bilmir. 1 ay ərzində saatlarla davam edən aclıq və susuzluq sonradan bəzi şə...

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə DƏYİŞİKLİKLƏR ediləcək

Agentlik tərəfindən Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Bunu İcbari Tibbi Sığorta üzrə Döv...

Son sutkada yoluxanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda bu gün koronavirus infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər verir ki,...

Yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ ...