Yüzlərlə gəncin ölümünə səbəb olan "Mavi balina" bu sosial şəbəkələrdən yayılır

Yüzlərlə gəncin ölümünə səbəb olan
2015-ci ildə Rusiyada çıxan və 130 gəncin ölümünə səbəb olan "Mavi balina” internet oyununun qurucusundan sonra onun ortağı Nikita Nearonov da həbs edilib.

Sfera.az xəbər verir ki, oyunun qurucusu, 22 yaşlı Filip Budeikin ötən il 16 gəncin intiharına səbəb olmaqdan dolayı həbs edilmiş, lakin o, həbsdə ikən oyunun davam etdiyi ortaya çıxmışdı.

Oyunun digər bir idarəçisi olan İya Sidorovun həbs edilməsinə rəğmən, istifadəçilərə mesajların göndərilməsi davam edib. Nəhayət, polis təlimatları yönləndirən şəxsin 22 yaşlı Nikita Nearonov olduğunu təsbit edib.

Nearonovun 10 gəncin intiharında rol oynadığı və 40 nəfərlik bir qrupla oyun üzərində toplantılar təşkil etdiyi üzə çıxıb. Onun çox zəkalı gənc olduğuna diqqət çəkən polis Nearonovun ailəsinin normal olduğunu və Moskvada maliyyə mütəxəssisi kimi yüksək maaşlı bir işdə işlədiyini qeyd edib. Araşdırmalara görə, Nearonov vatsap və feysbukdan deyil, Rusiyanın sosial media platforması olan VK və Teleqramdan istifadə edərək oyunun istifadəçiləri ilə əlaqə yaradıb.

Qeyd edək ki, "Mavi balina” oyunu Rusiyada psixologiya fakultəsinin bir tələbəsi tərəfindən kəşf edilib. Oyun ilk olaraq oynayanlardan birinin 2015-ci ildə intihar etməsindən sonra gündəmə gəlib. Oyundan təsirlənərək intihar edən istifadəçilərin sayı 2015-2016-cı ildə Rusiyada 130 nəfərə çatıb.

"Mavi balina” oyunu tam 50 gün davam edir. Oyunun istifadəçiləri onlara göndərilən təlimatları sıra ilə yerinə yetirir. Son vəzifə isə intihar olur.(Publika.az)




OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

"WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər. Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi komp...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...