Yük avtomobili yanıb
07:11 / 07.05.2016
2846
Biləsuvar rayonunda vətəndaşa məxsus "FORD" markalı yük avtomobilinin mühərrikində elektrik naqilləri yanıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 23:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.