"YouTube" istifadəçilərinə yeni ödəmələr tətbiq olunacaq

"YouTube" videohostinqi iyunun 1-dən etibarən yeni istifadə qaydalarını tətbiq edir.

Sfera.az xəbər verir ki, yeni qaydalara görə hostinqin seçdiyi istənilən materialda daha çox reklam yerləşdirilə bilər. Bu şərt təkcə YPP (YouTube Tərəfdaşlıq Proqramı) çərçivəsində göstərilən kanallara şamil olunmur.

"Siz "YouTube"a öz materiallarınızdan gəlir əldə etmək hüququ verirsiniz ki, bu da həmin materiallarda reklam yerləşdirmək, yaxud onlara baxmaq üçün ödəniş tətbiq etmək yolu ilə ola bilər. Bu razılaşma sizə hər hansı ödəniş haqqını vermir”, – yeni qaydalarda qeyd olunur.

Həmçinin reklam yerləşdirməsinin yalnız böyük material yerləşdirənlərin iştirak etdiyi YPP çərçivəsində ola bilər. Belə material sahibləri YPP çərçivəsində yerləşdirilən reklamlardan gəlir payına haqq qazanır.

ABŞ hüdudlarından kənarda olan, lakin bu ölkədə baxışlar toplayan material sahibləri də əlavə ödənişə mükəlləf olacaqlar. Bunlar ABŞ qanunlarına görə qonorar hesab ediləcək və "YouTube"dan gəlir əldə edən material sahibləri vergi məlumatlarını "Google AdSence” portalına təqdim etməlidirlər.

Bununla yanaşı, hər hansı şəxsi ondan xəbərsiz açıqlayan məlumatlar toplana bilməyəcək. // "Report"

OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

"WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər. Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi komp...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...