Yevlaxdakı cinayətlə bağlı prokurorluq məlumat yaydı

Yevlaxdakı cinayətlə bağlı prokurorluq məlumat yaydı
Fevralın 9-u saat 07 radələrində Yevlax rayonu, Hacıselli kənd sakinləri 1977-ci il təvəllüdlü Elnarə Qarayevanın yaşadığı evdə öldürülməsi və qonşusu 1959-cu il təvəllüdlü İldırım Qarayevin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Yevlax rayon prokurorluğundan Sfera.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla Elnarə Qarayevanın əri 1974-cü il təvəllüdlü Mehdi Qarayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahla atəş açaraq Elnarə Qarayevanı qəsdən öldürməsinə, qonşusu İldırım Qarayevə isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanmışdır.

Mehdi Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Lənkəranda taksiyə müştəri qismində əyləşib evinə sürdürdü: Öldürüb, həyətində basdırdı - TƏFƏRRÜAT

Lənkəranda qətl törətməkdə təqsirləndirilən Elvin Hüseynzadəyə hökm oxunub və o, 19 il müddətinə azadlıqdan məhrum edilib.   Bu barədə "Report”a zər...

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş... - Bakıdakı QƏTLİN TƏFƏRRÜATI

Bakıda 24 gün əvvəl törədilən qətllə bağlı bəzi məqamlar üzə çıxıb. Sfera.az xəbər verir ki, söhbət bu ilin aprel ayının 23-də paytaxtın Nərimanov rayonu ər...

“Eldar Mahmudovun adından böyük məbləğlərdə pullar tələb edirdi” – MTN işində şok ifadələr

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Y...

Əməliyyat keçirildi - 202 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) mayın 13-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən Sfera.az-...

Sumqayıtda kirayədə qalan qadın niyə öldürülüb? - QONŞULAR DANIŞDI - VİDEO

Ötən gün Sumqayıtda gənc qadın tanışı tərəfindən boğularaq qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə Xəzər TV sujet hazırlayıb. İlkin araş...

Vilyam Hacıyevin məhkəməsində ŞOK İFADƏ: “Rüşvət yox, rüsum ödəmişəm”

Artıq uzun zamandır ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Sfera.az-ın xəbərinə gö...