“Yerli icra hakimiyyətləri hara baxır?” – QHT sədri doğuş zamanı ölən 15 yaşlı qıza görə onları ittiham etdi

“Yerli icra hakimiyyətləri hara baxır?” – QHT sədri doğuş zamanı ölən 15 yaşlı qıza görə onları ittiham etdi
"15 yaşlı qızın və dünyaya gətirdiyi övladının doğuş zamanı ölümü ilə bağlı narahatlıqlar olmalıdır. Lakin, məsələ qızın tərəf müqabilinin həbsi ilə həll edilirmi?”.

 

 

Sfera.az bildirir ki, bunu "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. O bildirib ki, indiyə kimi aparılmış tədbirlər daha çox evlənən şəxsə yönəlik olur:


"Amma heç kim demir ki, yerli icra hakimiyyətləri dövlətin ərazi üzrə siyasətini icra edən qurumlardır və bu qurumların daxilində də məhz bu məsələlər üzrə komissiyalar fəaliyyət göstərir. Nə qədər ki, azyaşlı ilə nikaha girən şəxslə yanaşı, dövlət siyasətini icra edilməsi tapşırılan yerli qurumlar bu məsələdə, həmin şəxslə birgə cəza almayacaq, problem davam edəcək”.

 

M.Zeynalova əlavə edib ki, yerli icra orqanları kiminsə həyətində bir daş tərpədiləndə dərhal məlumatlı olur, amma o boyda uşaq yerindən tərpədilir xəbər tutmurlar:


"Düşünürəm ki, bu cür hallarla bağlı yerli icra orqanları sorğulanmalıdır. Hara baxırdınız? İcra edə bilmirsən, Allah yaxşı yol versin, get. Qoy bacaran, biganə olmayan, sterotiplərlə yaşamayanlar bunu icra etsin. Məsələni bu formada konkret tələb etmək lazımdır”.


Xatırladaq ki, fevralın 4-də, saat 18 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsinin 06 may 2006-cı il təvəllüdlü sakini və bətnindəki döl ölüb.


Günay Rəsulqızı

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş... - Bakıdakı QƏTLİN TƏFƏRRÜATI

Bakıda 24 gün əvvəl törədilən qətllə bağlı bəzi məqamlar üzə çıxıb. Sfera.az xəbər verir ki, söhbət bu ilin aprel ayının 23-də paytaxtın Nərimanov rayonu ər...

“Eldar Mahmudovun adından böyük məbləğlərdə pullar tələb edirdi” – MTN işində şok ifadələr

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Y...

İlkin Süleymanovdan ŞOK İFADƏ: "Rəis müavini deyirdi ki, boynuna alsan da, almasan da..."

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam e...

Sakinlər təhlükə ilə üz-üzə: Bakıda narkomanların yeni məskəni haradır? - VİDEO

Paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində inşası yarımçıq qalan beşmərtəbəli bina narkotik aludəçilərinin məskəninə çevrilib.   Bu barədə yaxın...

Azərbaycanda dəhşətli hadisə: Polis şöbəsində özünü DOĞRADI

Mingəçevir şəhərində həbs edilmiş şəxs özünə xəsarətlər yetirib. Sfera.az xəbər verir ki, hadisə Mingəçevir Şəhər Polis İdarəsinin Müvəqqəti Saxlama Yerin...

Azərbaycanda bu maddələrin satışı ilə məşğul olanlar 10 il HƏBS EDİLƏCƏK

Azərbaycanda güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə məşğul olanlar 10 il həbs ediləcək.   Sfera.az xəbər verir...