Yeni il yoluxma sayını kəskin artıra bilər - Azərbaycanda peyvənd məcburiləşdiriləcək?

Yeni il yoluxma sayını kəskin artıra bilər - Azərbaycanda peyvənd məcburiləşdiriləcək?
Hazırda dünyanın bir neçə ölkəsində, o cümlədən Almaniyada koronavirus əleyhinə vaksinin məcburi olması ilə bağlı müzakirələr aparılır. "Omicron” ştamının sürətlə yayılması sözügedən məsələni gündəmə gətirib. Digər tərəfdən Yeni il günündə bayram yığıncaqları, şənlikləri ilə bağlı yoluxma sayının artacağı düşünülür. 

Maraqlıdır, peyvəndin məcburi olması zərurətdirmi? Yeni il bayramı yoluxmaların sayına necə təsir edəcək?

Bununla bağlı Sfera.az-a açıqlama verən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib ki, ümumiyyətlə vaksinləşmə prosesində "məcburi tətbiq" fikrinin istifadəsinə qarşıdır:

"Bu fikrin təhlilini aparsanız görərsiniz ki, elmə inanmayan və bu gün də peyvəndə qarşı olan insanların fikir məhsuludur ki, ortaya çıxarılıb. Bu isə elmə inanmamaq, onun bu gün qazandığı uğurlara göz yummaq və elmi təhlilləri başa düşməmək deməkdir. Amma bu tipli insanların belə olmağı o demək deyil ki, onlar peyvəndsiz qalmalı, cəza olaraq peyvənddən yararlanmamalıdırlar və virusa yoluxanda onu ağır keçirib hətta ölümlə qarşılaşmalıdırlar. Bu, tibb elminin etik normaları çərçivəsində deyil və elə ona görə də bu insanlara peyvəndin tətbiqi yolları incələnir, tətbiq edilir. 

Nəzərinizə qısa da olsa maraqlı bir elmi statistikanı çatdırım. Belə ki, COVID-19-a inanmayanları və peyvəndə qarşı çıxanları Amerika və Avropada sorğu apararaq incələdikdə aydın olur ki, bu şəxslərin çoxu müxtəlif dinlərə və təriqətlərə hədsiz dərəcədə fanatik inananlar, müəyyən psixi problemləri olanlar, xüsusi savad və intellekt tələb etməyən işlərdə çalışanlardır. Bu da bir daha onu deməyə əsas verir ki, bu insan qruplarına ciddi nəzarət, nəinki,  gündəlik həyatda, hətta pandemiya ilə mübarizədə də vacibdir. Əks halda, özləri dərk etmədiyi təhlükəni cavabdehlik daşıdıqları insanlara ötürməklə saysız ölümlərə səbəb ola bilərlər”.

Müsahibimiz Yeni il günü yoluxmaların artma ehtimalından danışarkən fikrini bu cür ifadə edib:

"Bu suala ümumi olaraq, yəni bütün ölkələri eyniləşdirib cavab vermək elmi tərəfdən çox yanlışdır. Çünki ölkələrdəki epidemioloji vəziyyətlər və yoluxmaların qeydə alınması məsələsi artıq fərqlidir. Lakin konkret olaraq deməli olsaq, Yeni il Avropa ölkələrində yoluxma sayına birbaşa təsir edəcək”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Əli Həsənov ittihamlara CAVAB VERDİ: "Şahbaz adlı adam tanımıram"

"Mən Xural TV-yə baxmıram, o, adamla da əlaqədar heç bir şey demirəm”.  Sfera.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Qaçqınları...

SON DƏQİQƏ: Tanınmış jurnalistin vəfatı xəbəri yayıldı - Bu ölkədə imiş...

Tanınmış jurnalist İradə Cəlilin vəfatı ilə bağlı xəbər yayılıb.   Jurnalistin yaxınları Yenicag.az-a verdikləri açıqlamada, "Ölüm xəbəri yalandı...

Fuad Vəlixanov vəfat etdi

Tanınmış televiziyaçı, Azərbaycanın Əməkdar incəsənət xadimi Fuad Vəlixanov vəfat edib.   Sfera.az-ın məlumatına görə, xeyli vaxtdır xəstəlikdən əziyy...

FHN kapitanın minaya düşməsilə bağlı cinayət işi açıldı - RƏSMİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) zabitinin Ağdamda mina partlayışı nəticəsində xəsarətləri alması fakt üzrə rayon hərbi prokurorluğunda cinayət işi başlanılı...

"YouTube", "Facebook", "TikTok istifadəçiləri bu halda cəzalana bilər – Hüquqşunasdan AÇIQLAMA

"YouTube", "Facebook", "TikTok" və digər sosial şəbəkə platformaları artıq həyatımızın bir parçasına çevirilib. Platformalardan sadəcə istifadə edənlərlə yanaşı...

Bakı yollarındakı SON VƏZİYYƏT

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb. Bu barədə Sfera.az-a Mə...